Lənkəran rayonunda yerləşən “Pambəhi” ailəvi istirahət mərkəzinin ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş material əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılmışdır.
ONN media -ya Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Osaküçə meşəbəyliyinin 10 saylı dolayında yerləşən qeyd edilən ailəvi-istirahət mərkəzinin sahibi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Firad Həbibov tərəfindən həmin ərazidə yerləşən 40 və 60 sm diametrli 2 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 13 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda), 188.2 (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.



Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
Bakıda tikinti şirkətinə cinayət işi açıldı
“Qırmızı kitab”a daxil edilən ağacların kəsilməsinı görə 10 cinayət işi başlanıb
Azərbaycanda sabiq vəzifəli şəxs barəsində cinayət işi başladı
Azərbaycanda şirkət rəhbəri məhkəməyə verildi
Daha bir vəzifəli şəxs barəsində cinayət içi açıldı
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
Azərbaycanda VƏZİFƏLİ ŞƏXSLƏRƏ cinayət işi açıldı
Bu bankın xəzinədarı HƏBS EDİLDİ - Yarım milyonluq mənimsəmə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 