Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bəyanat yayıb.
ONN media xəbər verir ki, bəyanatda əzizini qəfildən itirməyin qorxunc olduğu bildirilir.
Qeyd olunur ki, son günlər Fələstindən dəhşətli görüntülər işıq surəti ilə yayılır.
“Ürək parçalayan görüntüləri tanış hisslərlə dəhşət içində izləyirik, lakin indi ilk dəfə idi ki, bu ölçüyəgəlməz kəskin ağrı hər iki tərəfdə paylaşılırdı. Biz kim tərəfindən olursa-olsun, mülki insanların hədəf alınmasına qarşıyıq və hər yerdə həyatlarını itirən günahsız insanların yasını tuturuq. Onillərdir günahsız fələstinlilərin həyatları riskə məruz qalıb və bu həyatlar da hər kəsinki kimi dəyərlidir”, - deyə bəyanatda vurğulanır.
Bəyanatda qeyd olunur ki, dünyada özlərini beynəlxalq hüququn müdafiəçiləri olduqlarını iddia edən bəzi güclər və onların qərəzli mediası Fələstin xalqını insanlıqdan çıxarmaq, qeyri-humanist biri olaraq təqdim etmək üçün İsrailin təkəbbürlü Şərq yanaşması ilə uydurulmuş əsassız ittihamlarını asanlıqla qəbul və təbliğ edirlər.Vurğulanır ki, biz BMT-nin yüzlərlə qətnaməsinə və beynəlxalq humanitar hüquqa zidd olan amansız cinayətlərə qarşı həmin bu dünya güclərindən eyni hiddəti və canfəşanlığı görmədik. İroniya ondadır ki, həmin bu eyni güclər yalnız sözdə iki dövlət haqqındakı qətnaməni dəstəkləyir, amma BMT və planetin üçdə ikisinin əksinə, işğal edilmiş Fələstin Dövlətini tanımaqdan imtina edirlər. Bu, can üstə olan sülh prosesinə stimul verən simvolik və substantiv jestdir.Sülh yolu ilə həllə sadiqliyi ilə tanınan Fələstin rəhbərliyi artıq illərdir hər-hansı siyasi üfüqün yoxluğunda status-kvonun dayanıqsız olması barədə xəbərdarlıq edir.
Bildirilir ki, Fələstin xalqı paytaxtı Şərqi Qüds olan müstəqil dövlətlərində qürurla və bütün xalqlarla sülh içində yaşamağa layiqdir və buna bütün hüquqları var. Sülhün əsl ünvanı geosiyasi dolanbaclar yox, Fələstindir.



İrandan Azərbaycana ŞUŞA TƏBRİKİ
İSESKO-dan ilk dəfə 20 Yanvar faciəsi ilə bağlı - BƏYANAT
Səfirlikdən koronavirusla əlaqədar XƏBƏRDARLIQ
ABŞ-dan Ermənistanla bağlı İLK REAKSİYA
Ombudsman 20 Yanvar faciəsi ilə bağlı BƏYANAT YAYDI
Tiflisdən Ermənistana minomyotların çatdırılması ilə bağlı BƏYANAT
Belarusda yaşayan azərbaycanlılardan bəyanat
Türkiyədən İsrailə mesaj
Türkiyə parlamentinin komissiyası Xocalı qətliamı ilə bağlı bəyanat yaydı
Ermənilərin hücumu ilə bağlı bəyanat
Türkiyə XİN-dən Bərdəyə raket atılması ilə bağlı BƏYANAT
Rusiya Fələstinlə bağlı bəyanat yaydı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 