Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyası Xocalı qətliamı ilə bağlı bəyanat yayıb. ONN media xəbər verir ki, sənəddə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın Xocalı şəhərinə təşkil olunan hücumda 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 günahsız Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib. 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. İtkin düşən 150 nəfərin taleyi bu günədək məlum deyil. "Türkiyə olaraq Azərbaycanlı qardaşlarımızın bundan 27 il əvvəl Xocalıda qarşı qarşıya qaldıqları amansız təcavüz və qətliamı hər zaman qəlbimizin dərinliklərində hiss edir, bu kədəri ən səmimi hisslərimizlə bölüşürük. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qətliamı və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını qətiyyətlə pisləyirik", - deyə bəyanatda qeyd olunub. Sənəddə vurğulanıb ki, bəşər tarixinin qara səhifələrindən biri olan Xocalı qətliamı, nəticə etibarilə regionda sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik baxımından bu gün də problem olaraq qalmağa davam etməkdədir: "Dinc əhaliyə qarşı yönəldilən bu amansız, qeyri-insani zorakılıq və davam edən işğal nəticəsində bir milyona yaxın Azərbaycanlı qardaşımız öz yurdlarını tərk etmək məcburiyyətində qalıb və dörddəbir əsirdən çoxdur qaçqın həyatı yaşamağa məhkum edilib. Hadisənin şahidləri, qurbanları hələ də həyatdadır. Bu baxımdan Xocalıda baş verənlər tarixi bir hadisə deyil, günümüzün ağrılı reallığıdır". "İnsanlıq adına qanlı ləkə olan bu cür təcavüzkar aktların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin BMT Təhlükəsizlik Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatının müvafiq qərarları çərçivəsində bu qətliama layiq olduğu qiyməti verməli və lazımi reaksiyanı göstərməli olduğunu bir daha vurğulayırıq. Azərbaycanlı qardaşlarımızla bu haqq mübarizələrində həmrəy olduğumuzu ifadə etmək istəyirik. Bu münasibətlə, bu hadisənin günahkarlarının beynəlxalq hüquq çerçivəsində məhkəməyə çıxarılması və Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından tez bir zamanda geri çəkilməsi çağırışımızı təkrar edirik. Xocalı qətliamında həyatını itirən Azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik, kədərli ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı diləyirik", - deyə bəyanatda öz əksini tapıb.(report)
Türkiyə parlamentinin komissiyası Xocalı qətliamı ilə bağlı bəyanat yaydı



Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Xocalıda soyqırımına həsr olunan abidə ucaldılacaq
Paraqvaydan Azərbaycana jest: Xocalı soyqırımını tanıdı
Xocalı qurbanlarının xatirəsi Şuşada anıldı
Xocalı soyqırımından 30 il ÖTÜR
Hökümət rəsmiləri Xocalı Soyqırımı abidəsini ziyarət ediblər
Qaradağlı faciəsindən 31 il ötür
Xocalı soyqrımından 27 il ötür
Türkiyə mətbuatı Xocalıdan yazdı
QAN YADDAŞIMIZI GƏLİN BÜTÜN DÜNYAYA HAYQIRAQ!
XİN Xocalı Soyqırımı ilə bağlı bəyanat yaydı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 