Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviç məhkəmədə prokurorların suallarını cavablandırıb.
ONN media xəbər verir ki, prokurorların sualına cavab olaraq Xaçatryan Xocalının Padar kəndində yaşadığını, sürücdü işlədiyini bildirib.
O iddia edib ki, onun həmin dövrdə heç bir silahı olmayıb. Onun sözlərinə görə, Meşəli kəndində hadisələr baş verən zaman o, Padar kəndində, evində olub.
Prokurorun “Meşəli kəndində faciəli hadisələrin baş verməsini kimlərdənsə eşidibsiz?" sualına belə cavab verib:
“Həmin vaxt silah səsləri eşitmişəm, amma kimsə bu barədə mənə heç bir söz deməyib”.
Onun sözlərinə görə, Sərkisyan Ernist hadisələr haqqında ona danışıb:
“Mənə məlum olan bu hadisəni törədən şəxslərin çoxu ölüb, qalanlar isə Ermənistana qaçıblar”.
O, Xankəndidə əsir saxlanılan Məmməd Kazımov və Zakir Novruzovu Meşəli kəndinin sakinləri kimi tanıdığını da deyib.
İşgəncə görən İbrahim Nurməmmədovun onun qardaşının kirvəsi olduğunu vurğulayıb.
Daha sonra zərərçəkmiş İbrahim Nurməmmədov Vaqif Xaçatryana suallar verib.
Bundan sonra Vaqif Xaçatryan vəkilinin suallarını cavablandırıb.Başqa bir zərərçəkmiş Nemət Rəcəbov Xaçatryana “Məni tanıdın? Kamalın oğluyam, polis serjantı” deyə bildirib.
Vaqif Xaçatryan həmin zərərçəkmişi tanıdığını deyib. Digər zərərçəkmişlərin də bəzilərini tanıdığını, onların kənd sakinləri olduğunu bildirib.



Xaçatryan Azərbaycan xalqından üzr istədi
Xaçatryanın məhkəməsi başlayır
Xaçatryanın növbəti məhkəməsi başladı
Xaçatryanın növbəti məhkəmə prosesi başladı
Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi keçiriləcək
Xaçatryanın növbəti məhkəməsi keçirilir
Xaçatryan hökmdən niyə narazıdır?
Xaçatryanın qətlə yetirdiyi sakinlərin adları açıqlandı
Zərərçəkmişdən Vaqifə: İçinizə sızmışdım, dilinizi də bilirəm
Hərbi Prokurorluqdan Vaqiflə bağlı açıqlama
Meşəlidə terror törədən ermənilərin adları açıqlandı
Ermənistan mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə aldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 