Vaqif Xaçatryan, qardaşı və digərləri Meşəli kəndinə hücum etmişdilər. Vaqif orada olmadığını yalandan deyir.
ONN media xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Mehrəliyev Çərkəz deyib.
O, ermənilərin kəndə hücumu nəticəsində anasının, bacısının və qızının xəsarət aldığını söyləyib: “Onlar dinc əhaliyə hücum etmişdilər. Vaqif, qardaşı və digərləri də orada idi. Onların bizə nifrəti vardı. Onlar deyirdilər ki, torpaq, kənd bizimdir və siz buradan çıxıb gedin. Yaylaqda yerimizə dərman töküb mal-qaramızı da qırmışdılar”.
Vaqif Xaçatryan məhkəmədə günahsız olduğunu deyib: “Dədəmin adı da Çərkəz olub. Mən heç kimə heç nə etməmişəm”.
Zərərçəkmiş isə ona cavab verib: “Sən yalandan danışırsan. Niyə edirdiniz? Bizdən sizə qarşı güllə atan olub?
Prosesdə Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov Vaqif Xaçatryana sual verib: “Siz burada ifadələrinizdə orada olmadığınızı deyirsiniz. Təklikdə olan zaman nələrdəsə özünü günahkar bilirsinizmi?”
Vaqif Xaçatryan isə suala cavabında söyləyib: “Mən bizimkilər tərəfdən olanlara görə Azərbaycan xalqından üzr istəyirəm”.



Xaçatryanın növbəti məhkəməsi başladı
Xaçatryanın növbəti məhkəmə prosesi başladı
İbrahim qardaşımın kirvəsi olub - Xaçatryan
Xaçatryanın məhkəməsi başlayır
Xaçatryanın növbəti məhkəməsi keçirilir
Xaçatryan hökmdən niyə narazıdır?
Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi keçiriləcək
Zərərçəkmişdən Vaqifə: İçinizə sızmışdım, dilinizi də bilirəm
Hərbi Prokurorluqdan Vaqiflə bağlı açıqlama
Xaçatryanın qətlə yetirdiyi sakinlərin adları açıqlandı
Vəkili Xaçatryandan buna görə imtina edib
Meşəlidə terror törədən ermənilərin adları açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 