İranın siyasəti əvvəlki kimi deyil. Bir vaxtlar öz məkrli siyasəti üçün şiələrdən istifadə edirdi. İndi isə məqsədlərinə çatmaq üçün nəinki sünnilərdən, hətta xristianlardan da faydalanmağa çalışır.
ONN media xəbər verir ki, bu sözləri güneyli jurnalist, milli fəal Əli Süleymani İranın şiə olduğu halda sünni məzhəbli HƏMAS-a dəstək verməsi məsələsinə aydınlıq gətirərkən deyib.
İranda yaşayan sünnilərə ağır təzyiqlər göstərildiyini deyən milli fəal xaricdə bu məzhəbin daşıyıcısı olan təşkilatlara Tehranın açıq dəstəyinin səbəblərindən danışıb:
“İran özünü şiələrin hamisi və dəstəkçisi rolunda tanıtmağa səy göstərib. Lakin həmişə öz məqsədləri üçün sünni faktorundan da istifadə edib. İran şiə düşüncəsi ilə hərəkət etsə, HƏMAS-İsrail savaşından kənarda qalmalıdır. Bu isə rejimin siyasətinə uyğun gəlmir. İran HƏMAS-dan güclü bir təşkilat tapa bilməz. Fələstinlilər arasında İran rejiminin siyasətini heç kim dəstəkləmirdi.
Tehran bu bölgədə “İslami-Cihad” təşkilatını yaratdı. Lakin qurum özünü doğrultmadı. Belə olan halda İran HƏMAS-la işbirliyinə başlamalı oldu. Çünki HƏMAS Fələstin siyasi dairəsində çox böyük gücə malikdir. Yaxın Şərqdə İsrailin qarşısını kəsməkdə HƏMAS İran üçün ən yaxşı tərəfdaşdır”.
Süleymani bildirib ki, elə HƏMAS üçün də İranın varlığı çox mühümdür:
“HƏMAS İran kimi dəstəkçisini itirmək istəməz. İran HƏMAS-a hərbi-siyasi və maddi yardımla yanaşı, informasiya dəstəyi də göstərir. HƏMAS üçün İsraillə bağlı vacib məlumatları İran əldə edib, onlara ötürür. İsrailin bir naziri Tehran rejiminə çalışırdı. Sonra İsrail onu həbs etdi”.



İran XİN rəhbəri HƏMAS lideri ilə danışdı
İranlı din xadimi HƏMAS-ı qınadı
İsrail ordusu HƏMAS-ın bu hədəflərini vurdu
İran bu ölkəni müharibə ilə təhdid etdi
Şolts İranı ittiham etdi: Ərdoğanla danışacam!
İsrail sərt cavab alacaq - Musəvi
İran XİN rəhbəri: “İranın cavab tədbirləri başa çatıb”
İran və Rusiya arasında gərginlik niyə artır?
Baltik ölkələri İrana qarşı bəyanat yaydı
İran Fazil Mustafanı niyə hədəf aldı?
İran hansı halda hücumdan vaz keçəcək?
Həsən Ruhaninin Trampa ismarıcı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 