Azərbaycan İran agentlərini ifşa edib, fəaliyyətlərini məhdudlaşdırdığından Tehran intiqam üçün fürsət gözləyirdi. Bu səbəbdən də Fazil Mustafaya sui-qəsd cəhdi həyata keçirdi.
Bu sözləri Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sədri Saleh İldırım deyib.
O bildirib ki, sui-qəsd təşkilatçılarının əsas hədəfi millət vəkilini öldürmək olub:
“Yaxşı ki, küçədən tutduqları terrorçuları bacarıqsız çıxdı. Bu zamana kimi Tehran Azərbaycan ziyalıları haqqında hökmlər çıxarıb, onların həyatına son qoymağa çalışıb. İran yenildikcə, zəif düşdükcə daha da çırpınır. Qafqazı itirdi, gözünün önündə Zəngəzur dəhlizi həll olunmaq üzrədir, ermənilər Azərbaycanın şərtlərinə boyun əyir. Bunları anlayan molla rejimi çarəsizlikdən ürəyini belə soyudur. Əlbəttə, bu terrorla bizi qorxuda bilməz, Güney Azərbaycan türkü meydanlardadır”.
O, Fazil Mustafanın hədəfə alınmasının səbəblərindən də danışıb:
“Fazil bəy İranın kabusu olan Güney Azərbaycan məsələsinə işarə etdiyi üçün hədəfə alınmışdı. İşğalçı rejim ona müxalif olan hər kəsi, hətta başqa millətin nümayəndəsini terror yolu ilə susdurmağa çalışır. Fazil Mustafa Güney azərbaycanlılar haqqında ən çox danışan şəxslərdən biridir. Onu Güney Azərbaycanda çox sevir və dəstəkləyirlər”.
Partiya sədri Azərbaycan Respublikasının güclənməsi və Güneyin müstəqillik qazanmasının İranın əsas qorxusu olduğunu bildirib:
“İranın qorxusu Güney Azərbaycanı itirməkdir. Bu gün ərəblər, bəluclar, kürdlər bizim arxamızdadır. Bunların hamısı olmasa belə, Güney Azərbaycan İranı məhv etməyə yetər. Günü-gündən bu proses yaxınlaşır. İranda yaşayan qeyri-fars millətləri bildiriblər ki, İran-Azərbaycan qarşıdurması bizim də qarşıdurmamızdır. İran Azərbaycanla hər hansı çatışmaya keçərsə, biz Azərbaycanın yanında olacağıq. Bu səbəbdən İran kabuslu günlərini yaşamaqdadır. Hakimiyyətlə yanaşı, müxalifəti də qorxur. Müxalifət çalışır ki, xaricdə hər hansı ittifaq, alyans quraraq, dövləti inqilab olmadan ələ keçirsin. Bəziləri İranı qorumaq üçün çevriliş tərəfdarıdır. Lakin bu çabaların bir mənası yoxdur. İranda yaşayan xalqlar, başda da Güney Azərbaycan olmaqla, öz haqlarını əldə edib, bölgədə sülhü bərqərar edəcək”.



Fazil Mustafa necə güllələnib?
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı detallar açıqlandı
Fazil Mustafaya sui-qəsdlə bağlı saxlanılanların sayı BƏLLİ OLDU - RƏSMİ
İran Bakını nə üçün hədələdi?
Fazil Mustafanın maşını bu hala düşüb- FOTO
Fazil Mustafanın son durumu necədir?
Fazil Qurbanov vəfat etdi
Fazil Məmmədov vəfat edib
DTX-nın MƏLUMATI: Fazil Mustafaya qarşı terror aktı...
İran yeni “Azərbaycan dili” yaradır
Fazil Məmmədovun səhhəti pisləşdi – Xəstəxanaya yerləşdirilib
Fazil Mustafanın “İslam qorxusu və müsəlman qoxusu”...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 