Müğənni Fədayə Laçın uzun müddətdən sonra Azərbaycana gəlib.
ONN media Bizim media-ya istinadla xəbər verir ki, bu haqda sənətçi hava limanında açdığı canlı yayım zamanı bildirib.
Fədayə Vətənə gəlməsini Oğuzda toy mərasiminə dəvət əlaqələndirib:
"Hazırda hava limanındayam. Azərbaycana gəlirəm. Üç gün Vətəndə olacağam. Gəlməyimin səbəbi isə Oğuz r ayonunun Muxas kəndində keçirilən toyla əlaqədardır. Məclisdə çıxış edəcəyəm. Çox güman ki, axşam saatlarında başlayan toy səhərə kimi davam edəcək. Bu isə o deməkdir ki, səhərə qədər oxuyacağam və çox yoruğun olacağam. Oktyabrın 24-də isə Moskvaya geri qayıdacağam".
Müğənni bildirib ki, toydan sonra Bakıya gəlib bir neçə televiziya proqramlarına çəkiləcək və verilişlərdə qonaq olacaq.Fədayə həmçinin bu aylar ərzində 10 kiloqram çəki aldığını vurğulayıb:
"Yaman kökəlmişəm. 55 kiloqram çəkim vardı. İndi isə 65 kiloqramam. Kökəlmək yaxşı bir şey deyil. İnsan özünü narahat hiss edir. Əslində mənə çox arıq olmaqda yaraşmır. Düzdü üzdən mənə kökəlmək yaraşsa da, amma bədən formamda yaraşmır. Qarın hissələr çıxır. İştaham yaxşıdır, yeyirəm kökəlirəm. Artıq çəki aldığıma görə özümdən xoşum gəlmir. 47 yaşım var. Axı mənim nə yaşım var...".
Müğənni oğlu Əhləmdən də söz açıb:
"Əhləm bir müddət əvvəl Bakıda idi. Üç ay qaldı sonra Rusiyaya yanıma geri döndü. İndi isə oğlum işləri ilə əlaqədar Türkiyədədir".
Qeyd edək ki, Fədayə oğlu Əhləmlə birlikdə uzun müddətdir ki, Rusiyada yaşayır. Onlar Moskvada restoran biznesi ilə məşğul olurlar.




Fədayə Laçın DANIŞDI: Tezliklə...
Fədayənin azadlıqda ilk fotosu
Fədayə Laçın illər sonra ilk duetini onunla oxudu – VİDEO
Fədayə Azərbaycana burxaılmaması ilə bağlı iddialara cavab verdi
Fədayə Laçın azadlığa çıxandan sonra ilk dəfə mahnı oxudu – VİDEO
Fədayə Laçının azadlıqda İLK DUETİ - VİDEO
Fədayə Laçından yeni xəbər var
Müğənni Fədayə Laçının həbs müddəti ilə bağlı qərar
Fədayə Laçının növbəti MƏHKƏMƏSİ
Fədayə Laçına AĞIR İTKİ
Fədayə Laçından üzücü xəbər
Müğənni Fədayə Laçından xəbər var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 