Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
ONN media xəbər verir ki, hakim Elmar Rəhimovun sədirliyi ilə keçirilən prosedə təqsirləndirilənlərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
Elan olunub ki, təqsirləndirilən Əli Ağami apellyasiya şikayəti verməyib.
Məhkəmədə vəkillər vəsatət qaldıraraq apellyasiya şikayətini qismən istintaq yolu ilə aparılmasını istəyiblər.
Daha sonra təqsirləndirilən Tərlan Zeynalovun vəkili Eynulla Vəliyev müvəkkili barəsində cinayət işinə xitam verilməsini və dərhal azadlığa buraxılmasına tələb edib.
Vəsatətlər təmin edilməyib.
Məhkəmənin növbəti iclası martın 11-nə təyin edilib.
Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər. (ölkə.az)
Fədayə Laçının növbəti MƏHKƏMƏSİ



Fədayə Laçının məhkəməsi təxirə salındı - SƏBƏB?
Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü - SƏBƏB?
Vəkil Fədayə Laçına şərti cəza istədi
Azərbaycanda məşhur restoranın sahibi HƏBS EDİLDİ
Fədayə Laçından xəbər var
Tanınmış prodüserdən YENİ XƏBƏR
Fədayə Laçınla bağlı xəbər var
Eldəniz Səlimovun məhkəməsi başladı
Mədəniyyət nazirinin sabiq müavini kassasiya şikayəti verib
İlkin Süleymanovla bağlı QƏRAR VERİLDİ
Fədayə Laçın və digərlərinin məhkəmə istintaqı yekunlaşdı
Bakıda süpürgəçini vuraraq öldürən sürücü ilə bağlı qərar verildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 