Milli Müdafiə Nazirliyi Türkiyə Cümhuriyyətinin yaranmasının yüz illiyi münasibətilə Azərbaycanda keçiriləcək “Mustafa Kamal Atatürk 2023” təliminin sabah başlayacağını açıqlayıb.
ONN media xəbər verir ki, bununla bağlı nazirliyin X sosial şəbəkəsindəki hesabında bildirilib.
“Türkiyə və Azərbaycan quru qoşunları arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, bilik və təcrübə mübadiləsi məqsədi ilə həyata keçiriləcək “Mustafa Kamal Atatürk 2023” təlimi və müştərək əməliyyatlar həyata keçirmə qabiliyyətinin artırılmasına sabahdan start verilir. “Təlimdə xidmət göstərəcək F-16 təyyarələrimiz Azərbaycana gəlib”, - məlumatda qeyd olunub.
Azərbaycanın Müdafiə Nazirliyi isə ötən gün iki ölkənin Hərbi Hava Qüvvələrinin "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlərin keçirildiyini bildirib.
Qeyd edilib ki, bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri plana uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər.
Oktyabrın 23-25-də keçiriləcək təlimə hər iki qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.



Bakıda bu hərbiçilər mükafatlandırıldı
Müdafiə Nazirliyi məlumat yaydı
Azərbaycan-Türkiyə təlimi başa çatdı
Türkiyə MN: "Yaşar Gülər Azərbaycanda faydalı və səmərəli müzakirələr keçirib"
Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçiriləcək
Türkiyənin F-16-ları Azərbaycana gəldi
İrəvanı qorxudan hərbi təlim başladı: Bakı və Ankara... - Video
Mustafa Kamal Atatürkün anım günüdür
Mustafa Kamal Atatürkün vəfatından 85 il ötür
Bu gün Mustafa Kamal Atatürkün anım günüdür
Bakıda Azərbaycan-Türkiyə birgə təlimi başladı
Azərbaycan və Türkiyədən düşmənə "göz dağı"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 