İstanbulun qərbində binanın zirzəmisində naməlum səbəbdən partlayış baş verib.
ONN media xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Partlayışın Bağçılar rayonunda yerləşən müəssisənin üçmərtəbəli binasının zirzəmisində baş verdiyi bildirilir. Partlayışdan sonra yanğın başlayıb.
İlkin məlumata görə, beş nəfər xəsarət alıb.