“Uşaq xəstədirsə, dərsə gəlməsin söhbəti deyil. Xəstəlik müddətində, inkubasiya dövründə də yoluxuculuq var”.
ONN media xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov qurumun rəsmi “Instagram” səhifəsindəki növbəti canlı yayımda uşaqların mövsümi virusdan qorunması haqqında danışarkən deyib.
O bildirib ki, yuxarı tənəffüs yolları infeksiyasında 300-dən çox virus olur:
“Bu, birinci populyasiya dövrünü artırır. Biz heç həmin virusları müalicə etmirik. Birinci virusu təyin etmək üçün analiz bahadır və nəticə bir aya çıxır. Bəzi dərmanlar toksikdir və onlardan necə gəldi istifadə etmək olmaz.
Öskürək varsa, nəmləndirici təyin ediləcək, burun tutulması varsa, nəfəs almağı normallaşdıracağıq, baş, bədən ağrıyırsa, yaş faktoru nəzərə alınaraq dərmanlar təyin ediləcək. Virus əleyhinə başqa dərmanlara ehtiyac qalmır. Ağırlaşma olan təhlükəli viruslar istisnadır”.
Həkim deyir ki, kəskin respirator virusun maksimum müddəti 14 gündür:
“Maksimum dörd gün ərzində hərarət olur. Bəzən olur ki, uşaqda ağır əlamətlər keçir, amma öskürək qalır. Valideynlər öskürəklə bağlı panikaya düşürlər. Öskürək uşağın yatmağına, dərs oxumağına, oynamağına mane olmursa, hərarət vermirsə, təlaşlanmağa ehtiyac yoxdur. Kəskin və ağır forma almış öskürək halları istisnadır.
Üç-dörd həftəyə qədər davam edən öskürək müalicə olunmur. Əksər hallarda öz-özünə çəkilir. Əgər dörd həftədən artıq davam edən öskürək halları varsa, bu zaman paralel xəstəliklərdən - bakterial infeksiyadan, allergiyadan və s. şübhələnə bilərik. Bu hallarda biz hətta göy öskürəkdən də şübhələnə bilərik”.



“Virus infeksiyaları zamanı vitaminlərin gərəksiz qəbulu virusların ömrünü uzadır” - Həkim SİRRİ AÇDI
Öskürəyi necə düzgün müalicə edə bilərik?
PEDİATRDAN XƏBƏRDARLIQ: "O cür öskürən uşaq xəstəxanada yatmalıdır"
Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA
Bu uşaqları məktəbə göndərməyin - Nazirlikdən xəbərdarlıq
Nazirlik həyəcan təbili çaldı: Yeni virus...
Koronavirusla mübarizə üçün üç dərmanın adı açıqlandı
Uşaqlar arasında yeni virus yayılıb - Nazirlik
Səhiyyə Nazirliyi: “Qorxulu virus aşkarlanmayıb”
Qripdən qorunmaq üçün ən effektli üsul - Həkim tövsiyəsi
Qızılca xəstəliyinə yoluxmamaq üçün nə edək?
Əhali arasında yayılan xəstəlik... – Nazirlikdən açıqlama
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 