Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa yoluxanlar, adətən, yüksək hərarət, qusma, burun axması, baş və əzələ ağrılarından şikayətlənirlər.
ONN media bildirir ki, bununla bağlı Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, pediatr Əkbər Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, son aylar yoluxucu virus infeksiyası, öncədən rotavirus, onun ardınca da adenovirus müşahidə olunub:
“Bunların ortaq nöqtələri odur ki, gedişatları qusma, ishal, qızdırma ilə müşayiət olunur. Yanaşma belədir ki, əgər həddən artıq maye itkisi yoxdursa, virusların müalicəsi sadəcə simptomatikdir. Əgər qızdırma yüksəkdirsə, bunu dərmanlarla salırıq. Qusması varsa, qusma əleyhinə dərmanlar istifadə edirik. Qarıngetmələrdə isə bağırsaq ortamını düzənləyən bifida-lakta bakteriyalardan, probiotiklərdən istifadə oluna bilər”.
Həkimin sözlərinə görə, bu infeksiya uşaqlarla müqayisədə, böyüklərə nadir hallarda keçir:
“Nadir hallarda da olsa, böyüklərə də keçə bilər. Yoluxucu viruslardan qorunmaq üçün sadəcə gigiyenik təmizlik vaistələrindən istifadə edərək, əlləri təmiz saxlamaq lazımdır. Bu, uşaqlarda bir qədər çətin olduğuna görə, hər yerə əl vurduqları üçün virus daha tez və çox yayılır. Amma böyüklər buna riayət edə bilərlər”.
Pediatr Əkbər Quliyev onu da əlavə edib ki, əgər qusma, ishal və maye itkisi çoxdursa, mütləq həkimə müraciət edilməlidir:
“Hər bir infeksiyanın təhlükəsi var. Amma nadir hallarda ağırlaşmalar ola bilər. Ağırlaşma müşahidə olunarsa, halsızlıq və yorğunluq davam edərsə, mütləq həkimlərə müraciət etsinlər”.



VALİDEYNLƏRİN DİQQƏTİNƏ- İki virus yayılıb
Son günlər uşaqlar arasında yayılan xəstəlik nədir? - AÇIQLAMA
Uşaqlar arasında yeni virus yayılıb - Nazirlik
Yeni virusla bağlı əhaliyə XƏBƏRDARLIQ
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb?
Uşaqlar arasında xəstəlik yayılıb? — AÇIQLAMA
DİQQƏT- Virus yayılıb, bunu ETMƏYİN
Əhali arasında yayılan xəstəlik... – Nazirlikdən açıqlama
DİQQƏT- Uşaqlar arasında virus yayıldı
DİQQƏT- Uşaqlar arasında yeni xəstəlik yayılır
Koronavirusun yeni simptomları: Qusma, ishal...
Son günlər əhali arasında yayılan virusla bağlı açıqlama
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 