Tayvan Müdafiə Nazirliyi dünən gecədən bu gün səhərə qədər Tayvan adası ətrafında Çinə aid 43 hərbi təyyarə və 7 döyüş gəmisinin aşkarlandığını bildirib.
ONN Media xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabındakı paylaşımında qeyd edib. Açıqlamada, 43 təyyarədən 37-sinin Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırması nəzərdə tutulan hava və dəniz xəttini keçdiyi, Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası (ADİZ)” kimi elan etdiyi ərazidə uçduğu bildirilib.
Bəyanatda 4 ədəd "J-10" tipli döyüş təyyarəsinin Tayvan boğazında nominal "orta xətt"i keçdiyi, 6 ədəd "SU-30", 16 ədəd "J-16" tipli döyüş təyyarəsi, 4 ədəd "H-6K" tipli strateji bombardmançı, 2 ədəd "KJ-500" tipli erkən xəbərdarlıq, 2 ədəd "Y-20" tipli yanacaq doldurma, “Y-8” tipli dəniz patrulu və “Y-9” tipli hərbi-nəqliyyat təyyarəsi ilə “WZ-7” tipli silahlı pilotsuz uçuş aparatının ADİZ-in cənub-qərbində uçuş həyata keçirdiyi qeyd olunub.
Məlumata görə, adanın ətrafında Çinə aid 7 döyüş gəmisi görünüb, təyyarə və gəmilər döyüş təyyarələri, patrul gəmiləri və raket sistemləri ilə izlənilib.
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2022-ci ilin avqustunda Tayvana səfərindən sonra Çin ordusu ada ətrafında hərbi patrul fəaliyyətlərini və ADİZ ilə "orta xətt" üzrə uçuşları davamlı hala gətirmişdi.
Çoxlu sayda hərbi texnikanın hərəkətliliyi sonuncu dəfə oktyabrın 27-də, adanın ətrafında 35 təyyarə və 15 gəmi aşkar edildikdə görülüb. Çin Tayvan adasını öz ərazisinin bir hissəsi, Tayvan boğazını isə ərazi suları hesab edir və adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini vurğulayır.
Tayvan 1949-cu ildən, Çin Xalq Respublikası qurulandan bəri faktiki müstəqilliyə malikdir. Vətəndaş müharibəsindən sonra Çin torpaqları və Tayvan arasında yaranan ayrılıq hələ də davam edir.



Rusiyanın Ukraynadakı DƏHŞƏTLİ İTKİLƏRİ
Rusiyanın müharibədəki itkiləri açıqlandı
NATO-nun ƏN GÜCLÜ ORDULARI - SİYAHI
63-cü gün: Rusiyanın Ukraynadakı itkiləri AÇIQLANDI
Müharibənin 57-ci günü: Rusiyanın Ukraynadakı itkiləri açıqlandı
Rusiyanın itkiləri açıqlandı - ŞOK RƏQƏMLƏR
Qara dənizdə ABŞ və Rusiya döyüş təyyarələri arasında GƏRGİNLİK YAŞANDI
Rusiyanın 21 mindən artıq hərbçisi öldürülüb - RƏSMİ
Rusiya Ukraynada nə qədər itkilər verib? - SON RƏQƏMLƏR
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 