Təyyarənin partlaması nəticəsində ölən rusiyalı iş adamı Yevgeni Priqojinin oğlu Pavel Priqojin "Vaqner" özəl hərbi şirkətinin rəhbəri olub.
ONN media xəbər verir ki, bu barədə "Vaqner"in Perm nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin tərkibində olan "Vaqner"ə işə qəbul bərpa olunub: "Yalnız mülki şəxsləri işə götürürük, həbsxanada olanları deyil".
Pavel Priqojinin "Vaqner"ə rəhbər təyin edilməsi və yenidən formalaşdırılmasına dair sənədli sübutların mövcudluğu barədə məlumat verilməyib. Onun muzdlu qrupa hansı statusda rəhbərlik edəcəyi və ona komandir vəzifəsini tutmağa imkan verəcək hərbi rütbənin verilib-verilməməsi hələlik məlum deyil.
Rusiya Qvardiyası məsələ ilə bağlı hələ açıqlama verməyib.
Qeyd edək ki, Pavel Priqojin 18 iyun 1998-ci ildə anadan olub. O, iş adamı ailəsinin ortancıl övladıdır. Yevgeni Priqojinin dediyinə görə, oğlu hərbi xidmətdə olub, sonra isə onun şirkəti ilə müqavilə bağlayıb. Vaqner PMC-nin tərkibində kəşfiyyatçı və pilotsuz təyyarə operatoru kimi xidmət edib, Suriya və Ukraynada hərbi əməliyyatlarda iştirak edib, həmçinin Qara Xaç medalına layiq görülüb.
Daha öncə də Yevgeni Priqojinin oğlunun onun yerinə təyin olunacağı barədə xəbər yayılmışdı.



Priqojinin ölümü ilə bağlı açıqlama
Priqojinin təyyarəsini vurmağı Putin əmr edib
Rusiyada vətəndaş müharibəsi - "Vaqner" Rostovu ələ keçirdi
Priqojinin olduğu təyyarə qəzaya uğradı
Priqojindən TƏCİLİ AÇIQLAMA
Lukaşenko Vaqner məsələsini necə həll etdi?
İsraildən Rusiya ilə bağlı XƏBƏRDARLIQ
Vaqner üsyanında nə qədər hərbiçi öldü?
Priqojinin və Utkinin meyitləri tanındı
Lukaşenko sui-qəsd planından qəbərdar imiş?
Ukrayna bu istiqamətdə gündə 400-600 insan itirir - Priqojin
Priqojindən Putinə: Müharibəni dayandır!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 