“Kifayət qədər mühafizəkar borclanma siyasəti həyata keçirilir. Xarici dövlət borcu üzrə bizdə kifayət qədər azalma müşahidə olunmaqdadır”.
ONN Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, xarici borcumuz azalacaq, təxminən 5 milyard dollara qədər enə bilər:
“Bu isə şübhəsiz konkret layihələrin maliyyələşdirilməsi ilə bağlı olacaq. Hazırda bizim xarici dövlət borcu 6,5 milyard dollar səviyyəsindədir. Növbəti ildə bizim borcun əhəmiyyətli hissəsinin qaytarılması nəzərdə tutulub. Ümumi siyasət istiqaməti ona yönəlib ki, daxili dövlət borcunun ümumi borcda çəkisi artsın. Bu ona görə edilir ki, biz xarici dövlət borcundan asılı olmayaq. Xarici dövlət borcunun qiyməti hansısa məzənnə dəyişikliyi olanda manatda artır. Daxili dövlət borcunun artırılması bizim maliyyə, bank sektorunun artımına müsbət təsir göstərir. Artıq təkcə 1 il deyil, 7 ilədək borc istiqrazlarının müddətini artırmışıq. Çalışacağıq 10 illik istiqrazlar da buraxaq”.



Samir Şərifov: “Naşı adamlar Azərbaycanın xarici dövlət borcunun məbləği ilə bağlı manupulyasiya edirlər”
Azərbaycanın xarici borcu açıqlandı
Azərbaycan iqtisadiyyatına 300 mlrd dollar pul qoyulub
Büdcə xərcləri 3,3 milyard artırıldı – Baş nazir
Maaş artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazir
Ermənistanda vəziyyət pisləşir
Azərbaycanın dövlət borcu açıqlandı
Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir
Azərbaycanda bəzi səhiyyə xərcləri artırılacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 