2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17% və ya 10 milyard dollar artaraq, 68,5 milyard dollar təşkil edib (ÜDM-in 95% səviyyəsindədir) və xarici dövlət borcunu 10 dəfədən çox üstələyir.
ONN media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.
Baş nazir deyib ki, 2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5% azalaraq 6,46 mlrd. ABŞ dolları olub və ÜDM-in 8,9%-ni təşkil edib:
“Milli iqtisadiyyatın inkişafında və ÜDM-in artım tempində neft faktorunu xüsusi nəzərə almalıyıq. Bu baxımdan neft hasilatının sabitləşməsi istiqamətində işlər ciddi nəzarətlə davam etdiriləcək. Ortamüddətli dövrdə qeyri-neft-qaz ÜDM-nin artım tempinin sürətlənməsinin neft-qaz sektorunda azalmanı kompensasiya edəcəyi və iqtisadi artımın sürətlənməsinə töhfə verəcəyi proqnozlaşdırılır”.
Əli Əsədov qeyd edib ki, hesabat ili ərzində büdcə gəlirlərinin yüksək icrası şəraitində 2023-cü ilin dövlət büdcəsinin xərcləri dürüstləşmə zamanı 3.3 mlrd. manat artırılıb ki, bu da ötən il Strategiyada nəzərdə tutulan hədəflərə çatmağa imkan verib.



Azərbaycan iqtisadiyyatına 300 mlrd dollar pul qoyulub
Azərbaycanın strateji valyuta ehtiyatları 5 milyard dollar artıb
Rusiya Azərbaycana 6,3 milyard dollar yatırıb
Azərbaycanın qeyri-neft ixracı 42 faiz artdı
"SOCAR Türkiyə"nin investisiya xərcləri 16 milyardı ötdü
Azərbaycanın valyuta ehtiyatları 53 milyard dolları keçdi
Yeni Baş nazir ilk çıxışını etdi və MM-dən getdi: Nələr dedi?
ARDNF-in aktivləri 45 milyard dolları keçdi
Nazir: “Xarici borcumuz beş milyard dollara qədər enə bilər”
Azərbaycanın xarici borcu açıqlandı
Azərbaycanda bu işçilər 3500 manatdan çox maaş alır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 