Bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə Görüşü keçiriləcək.
ONN Media xəbər verir ki, “Türk Əsri” çağırışı altında keçiriləcək toplantıda iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq və birgə layihələr təsdiqlənəcək.
Dövlət və hökumət başçıları üzv dövlətlər və müşahidəçilər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirəcəklər. Bundan başqa, regionda və onun hüdudlarında baş verən siyasi və iqtisadi hadisələr barədə fikir mübadiləsi aparılacaq.
Zirvə Görüşünün sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.
Sammitin yekununda dövlət başçıları bir sıra müvafiq qətnamələrlə yanaşı, Astana Aktını və Astana Sammiti Bəyannaməsini imzalayacaqlar.
Qeyd edək ki, noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstana səfərə gəlib.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.



İlham Əliyev Qazaxıstana getdi
Astanada TDT-nin 10-cu yubiley Zirvə Görüşü keçirilir
Türk dövlət başçıları İstanbulda toplaşır - GÜNDƏLİK AÇIQLANDI
İlham Əliyev Türk Şurasının VII Zirvə Görüşündə
Türk Şurasının VII Zirvə Görüşü başa çatdı
Türk dünyası qəzetəçilərinin zirvə görüşü keçiriləcək
İlham Əliyevin təşəbbüsü ilə Türk dövlətlərinin Zirvə görüşü keçiriləcək
Ankarada Zirvə başladı- Prezident iştirak edir
İstanbulda Türk Şurası dövlət başçılarının Zirvə görüşü başlayır
Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərinə səfərə gedib
İlham Əliyev Astanada Zirvə toplantısında iştirak edir
Dövlət başçılarının Zirvə görüşünda “Xarıbülbül” mesajı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 