Yeni istifadəyə verilən Bakı-Quba yolunun ödənişli hissəsindən istifadə edən sürücü getdiyi məsafə üçün nəzərdə tutulandan artıq ödəniş tələb edilməsindən şikayətçidir.
ONN MediaOxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Sürücü nəqliyyat vasitəsini nəzarətçi olan pəncərənin önündə saxlayaraq nə üçün ondan 9,50 qəpik əvəzinə 10 manat alındığının səbəbini soruşur:
“Yol 9 manat 50 qəpikdir. 10 manat vermişəm ki, ödənişi çıxsın. Mənə deyir ki, 50 qəpik yoxdur. Sonra da deyir ki, terminal qəpik götürmür, biz xırda pul götürmürük. Daha sonra 10 manat 50 qəpik verdim ki, bir manat geri qaytar. Yenə deyir ki, xırdamız yoxdur. Bəlkə mənim kartım yoxdur, nağd ödəniş edənləri niyə nəzərə almırsınız?”
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, sosial şəbəkələrdə paylaşılan sözügedən video qurum tərəfindən araşdırılacaq:
“Yaxşı olardı ki, sürücü agentliyə müraciət edərdi. Çünki videodan hadisənin nə zaman qeydə alındığı bilinmir. İstənilən halda məsələ araşdırılacaq və bu cür neqativ halların təkrarlanmaması üçün tədbir görüləcək”.
A.Nəcəfli onu da qeyd edib ki, yaxın zamanda xüsusi çipli kartlar istifadəyə verildikdə, ümumiyyətlə, sürücü ilə əməkdaşların ünsiyyəti minimuma enəcək:
“Çünki öncədən əldə edilən kartlara sürücülər tərəfindən balans yüklənəcək və onların qət etdiyi kilometraja uyğun vəsait hesabdan çıxacaq”.



Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR
Çörəyin bugünkü qiyməti - Siyahı
Bir uşağın məktəbə getməsi üçün nə qədər xərc tələb edir?
Məktəb ləvazimatları neçiyədir?- Qiymətlər açıqlandı
Ödənişli yolda niyə əlavə pul alınır?
“Ulduz taksi” fırıldağı
Ödənişli yolda veteranlar üçün güzəşt var?
Ölkədə siqaretin qiyməti bahalaşdı- Siyahı
Aksizdən sonrakı qiymətlər- Kəskin bahalaşma
Deputatların maaşı ARTDI
Bu ərazilərdə maşın parklanması ödənişli oldu
Bu maşınlar ödənişli yola buraxılmayacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 