Bir müddət əvvəl istifadəyə verilən Bakı-Quba yolunun ödənişli hissəsindən istifadə edən sürücülər narazıdırlar.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Sürücülər bildiriblər ki, getdikləri yolun məsafəsindən asılı olmayaraq, onlardan artıq ödəniş tələb edilir:
“Əslində giriş zamanı avtomobilin nömrəsi qeyd edilməli, çıxışda yazılan məbləği ödəməliyik. Yeni yolda isə bu nəzərə alınmayıb, standart məbləğ əvvəldən alınır. Əgər fikrinizi dəyişib, gedəcəyiniz yolu bitirsəniz, qalıq pulu verən olmayacaq”.
Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hələlik ödəniş bu qaydadadır:
“Yol istifadəyə verilən zaman müvəqqəti olaraq ödənişin bu qaydada olacağı barədə məlumat verilib. Yaxın müddət ərzində artıq xüsusi çipli kartlar dövriyyəyə buraxılacaq və mobil tətbiq yaradılacaq. Xüsusi çipli kartlar vasitəsilə artıq məntəqələrdə dayanmağa ehtiyac olmayacaq. Nəticədə sistem həmin avtomobili tanıyacaq və çıxışda qət etdiyi məsafəyə uyğun olaraq balansdan məbləğ çıxılacaq. Yəni hər şey avtomatik rejimdə olacaq. Dayanmağa, ödəniş etməyə ehtiyac yaranmayacaq”.



Ödənişli yolda sürücülərdən artıq pul alınır?
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA
İlk ödənişli yolun istifadəyə veriləcəyi tarix açıqlandı
Ödənişli yolda maksimum sürət həddi NECƏ OLACAQ?
Bu maşınlar ödənişli yola buraxılmayacaq
Ödənişli yolda ödəmə məntəqələri və qiymət cədvəli
Ödənişli yolda veteranlar üçün güzəşt var?
Zəfər yolunun istifadəyə veriləcəyi vaxt açıqlandı
Ödənişli yoldan istifadə necə olacaq?
Azərbaycanda bu yol ödənişli olacaq - CİHAZLAR QURAŞDIRILIR
Azərbaycanda pullu yollar barədə - RƏSMİ AÇIQLAMA
Prezident yeni ödənişli yolun açılışında iştirak edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 