Prezident İlham Əliyevin sərəncamı ilə Müdafiə Nazirliyinin 3 polkovnikinə “general-mayor” ali hərbi rütbəsi verilib.
ONN media xəbər verir ki, “general-mayor” rütbəsi təqdim edilən Müşfiq Məmmədov Azərbaycanın Türkiyədəki hərbi attaşesidir. Zabitimiz, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Bolqarıstan Respublikasında akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edir. O, 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ali hərbi rütbə verilən Fərid Əliyev isə 2023-ü ilin əvvəlinədək Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunmasi və Audit Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. F.Əliyev 2018-ci ildə Dövlət Gömrük Komitəsi sədrinin sərəncamı ilə bu vəzifəyə təyin edilmişdi.
O, əmək fəaliyyətinə 2009-cu ildə Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsinin inspektoru vəzifəsində başlayıb. 2011-ci ildən 2017-ci ilədək DGK-nın Audit və Risk Analizləri İdarəsinin Audit şöbəsinin baş inspektoru, 2017-ci ildən 2018-ci ilədək Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük dəyəri şöbəsinin rəisi vəzifələrində çalışıb. F.Əliyev 2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Bu ilin yanvarında vəzifəsindən ayrılan 36 yaşlı gömrük xidməti polkovniki Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin edilib.
Namiq Bayramov haqqında ətraflı məlumat tapmaq mümkün olmayıb. O, 2015-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.



DGK-da daha bir vəzifəli şəxs işdən çıxarıldı
Prezidentin yüksək vəzifə verdiyi general kimdir?
Daha bir gömrük generalı işdən çıxarıldı
Saxlanılan general kimdir?- Dosye
Prezident onlara general-leytenant rütbəsi verdi
Prezident onlara general rütbəsi verdi - SƏRƏNCAM
DGK-nın daha bir generalı vəzifəsindən azad olundu
Prezidentin yüksək rütbə verdiyi şəxs kimdir?
İlham Əliyev kimlərə rütbə verdi?- SİYAHI
Prezident bu şəxslərə general ali rütbəsi verdi - SƏRƏNCAM
Prezident onlara general-mayor rütbəsi verdi - SƏRƏNCAM
Azərbaycanda general işdən çıxarıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 