Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanın Moskvada MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin görüşündə həmkarlarına qoşulmaq istəməməsinə eyham vurub.
ONN Media Report-a istinadən xəbər verir ki, bu barədə M.Zaxarova brifinqdə “Nyus.ru”nun Qriqoryanın bu görüşdə iştirak etməməsinin səbəbləri ilə bağlı sualını cavablandırarkən bildirib.
“Armen Qriqoryanla bağlı vəziyyətə aydınlıq gətirməyimizin mənası yoxdur. O, gəlməyə hazırlaşırdı, lakin iş cədvəlində dəyişiklik olduğunu əsas gətirərək gəlməkdən imtina etdi. Sonra gördük ki, o, İrəvanda ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş məsləhətçisini qəbul edib. Odur ki, nəticəni siz jurnalistlər özünüz çıxarmalısınız”, - o deyib.
M.Zaxarova, həmçinin qeyd olunan Moskva görüşündə Ermənistanın Rusiyadakı səfiri ilə təmsil olunduğunu, təmsilçilik səviyyəsini dövlətlərin özlərinin müəyyən etdiyini bildirib.



Zaxarovadan ABŞ-ın sanksiyaları ilə bağlı açıqlama
İrəvandan Zəngəzur dəhlizi açıqlaması
Ayvazyan Moskvaya gedir
Ramil Usubov Moskvada toplantıda iştirak edir
Zaxarova: "ABŞ-ın sanksiyalarına Rusiyanın cavabı qaçılmazdır"
Üçtərəfli razılaşmaya ciddi riayət edilməlidir - Zaxarova
Ağ Evdən Türkiyə-Ermənistan açıqlaması
Qriqoryan İrana getdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 