Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümü Bakıda anılıb.
ONN media-nın xəbərinə görə, Atatürkün abidəsi önündə keçirilən anım mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları, qardaş ölkənin dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbirdə Şimali Kipr Türk Respublikasının (ŞKTR) baş nazirinin müavini, turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlu da iştirak edib.
Əvvəlcə Atatürkün xatirəsi birdəqiqəlik sükutla yad edilib, daha sonra səfirlik binasında Türkiyə bayrağı yarıya qədər endirilib. F.Ataoğlu və C.Bağçı abidə önünə əklil qoyublar.
Mərasimdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
C.Bağçı çıxışında Atatürkün işğala, zülmə boyun əyməyərək böyük türk millətini milli istiqlal və azadlıq mübarizəsi ruhunda birləşdirdiyini, Anadolunun azad edilməsinə rəhbərlik etdiyini deyib. Türklərin düşmən işğalına son qoymasından və cümhuriyyətin qurulmasında türk xalqının göstərdiyi şücaətdən bəhs edib.
Atatürkün müstəqil yaşamaq iradəsinin məzlum xalqların azadlıq və istiqlal mübarizələrinə nümunə olduğunu bildirən səfir əlavə edib ki, Mustafa Kamal Atatürk ülvi hissləri ilə millətinə bağlı, istiqlal, müdafiə və sevgini hər şeydən üstün tutan bənzərsiz bir dövlət xadimidir:
“Atatürkün ən böyük əsəri olaraq xarakterizə etdiyi cümhuriyyətin 100-cü ildönümünü qeyd etməkdən qürur duyuruq. Bu gün Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında hörmətli, problemləri həll edən, regional və qlobal səviyyədə qlobal ədalətsizliklərə qarşı ədalətin müdafiəçisi olan güclü dövlətdir”.
Şimali Kipr baş nazirinin müavini Fikri Ataoğlu jurnalistlərə açıqlamasında bildirib ki, bu yaxınlarda Mustafa Kamal Atatürkün qurduğu cümhuriyyətin 100-cü ildönümü qeyd edilib:
“Cümhuriyyəti daim yaşatmaq türk milləti olaraq borcumuzdur. Atatürkün vəfatının 85-ci ildönümünün Azərbaycanda anılması bütün türk millətinin Atatürkə sədaqətinin göstəricisidir. Atatürkü rəhmət və ehtiramla yad edirəm".
Eyni zamanda Türkiyənin Azərbaycandakı səfirliyində azərbaycanlı rəssam Ramil Əhmədovun Atatürklə bağlı rəsm sərgisi və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş fotosərgi də keçirilib



Ceyhun Bayramov Atatürkün mavzoleyində
Bakıda Türkiyənin Zəfər Günü qeyd olundu
Bu gün Mustafa Kamal Atatürkün anım günüdür
Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başladı
Atatürkün xatirəsi Birgə Monitorinq Mərkəzində ANILDI
Atatürkün heykəlinə daş atan şəxs saxlanıldı
Türkiyə səfiri Azərbaycana təşəkkür etdi
Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir
Türkiyə səfiri Kərəm Mustafayevlə görüşdü
Ərdoğan Atatürkün dəfn olunduğu məqbərəni ziyarət etdi
Türkiyə səfirliyində rəsmi qəbul
Ceyhun Bayramovdan Atatürklə bağlı PAYLAŞIM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 