Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri davam edir. Martın 1-də günün ikinci yarısında mədəniyyət naziri Anar Kərimov və nümayəndə heyətinin üzvləri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını – Anıt qəbri ziyarət ediblər. Anıt qəbrin önünə əklil qoyulub, “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” deyən böyük öndər Atatürkün xatirəsi dərin ehtiramla yad edilib. Sonra Cümhurbaşqanı Simfonik Orkestri (CSO) binasına gələn nümayəndə heyəti burada yeni konsert salonu ilə tanış olub. Türkiyənin ən böyük musiqi təsisatlarından olan CSO-nun tarixi və fəaliyyəti haqqında məlumat verilib. Cümhurbaşqanı himayəsində fəaliyyət göstərən kollektivə 1932-ci ildə Cumhurbaşqanı Filarmonik Orkestri (Riyaset-i Cumhur Filarmoni Orkestrası) 1957-ci ildə Cümhurbaşqanı Simfonik Orkestri (CSO) adı verilib. 2020-ci ildə CSO-nun yeni, möhtəşəm musiqi salonu istifadəyə verilib. Daha sonra mədəniyyət naziri Anar Kərimov və nümayəndə heyətinin üzvləri Ankara şəhərindəki Heydər Əliyev parkını ziyarət ediblər. Ankaranın Batıkənd rayonundakı park 2004-cü ildə salınıb, 2013-cü ildə parkda əsaslı yenidənqurma işləri aparılıb. 8 hektar sahəni əhatə edən park hazırda Türkiyə paytaxtının ən gözəl istirahət guşələrindən biridir. Parkda ulu öndər Heydər Əliyevin abidəsi ucaldılıb. Nümayəndə heyətinin üzvləri ümummilli lideri Heydər Əliyevin abidəsi önündə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər. Nümayəndə heyəti ölkəmizin Türkiyədəki səfirliyi tərəfindən keçirilən və mərhum səfir Fuad İsmayılovun xatirəsinə həsr olunan Azərbaycan-Türkiyə münasibətlərinə dair məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində də iştirak edib.
Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir



İCESCO-nun baş direktoru Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət etdi
Türkiyə Milli müdafiə nazirinin müavini Naxçıvanda
Ceyhun Bayramov Atatürklə bağlı paylaşım etdi
Sahibə Qafarovanın Qazaxıstana rəsmi səfəri başladı
ICESCO-nun Baş direktoru Ağdama səfər etdi
Kamran Əliyev Türkiyəyə rəsmi səfər etdi
Rusiya nümayəndə heyətinin Türkiyəyə səfəri TƏXİRƏ SALINDI
Ceyhun Bayramov Atatürkün mavzoleyində
Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı
Azərbaycanın mədəniyyət naziri Türkiyəyə gedir
Çavuşoğlu Heydər Əliyevin məzarını ziyarət etdi
Sahibə Qafarova Türkiyəyə gedir - SƏFƏRİN SƏBƏBİ...
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 