Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
ONN media xəbər verir ki, bu gün rayonun Zabux kəndinə daha 25 ailənin - 91 nəfərin köçü başlayıb.
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində Zabux sakinləri kəndə yola salınıb.
Qeyd edək ki, noyabrın 18-də Zabuxa daha 25 ailə - 103 nəfər köçürülüb. Elə həmin gün kəndə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.
Bununla da bu günədək Zabuxda ümumilikdə 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.
Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.



Növbəti köç karvanı Zabuxa yola salındı
Zabuxa yollanan 91 nəfər doğma kəndinə qovuşdu
Zabuxda 25 ailəyə ev verildi
Daha 25 ailə Zabuxa köçürüldü
Zabuxa ilk köç karvanı yola salındı
Zabuxa növbəti köç karvanı yola düşdü
Zabuxa növbəti köç karvanı yola düşdü
Zabuxa növbəti köç karvanı yola salındı
Daha 25 ailə doğma yurduna qayıtdı
Daha 32 ailə Şuşaya yola salındı
Daha 27 ailə Şuşaya yola salındı
Daha 30 ailə Füzuliyə yola salındı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 