Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 20-də Laçının Zabux kəndinə yola düşən növbəti köç karvanı ünvanına çatıb.
ONN media xəbər verir ki, Zabux kəndi bu gün 25 ailəyə qucaq açıb və daha 91 nəfər kənd sakininin yurd həsrəti bitib.
Onlar kəndə gələrkən böyük coşqu ilə qarşılanıb, illərdir həsrətini çəkdikləri kəndin Zabuxun mənzərəsini seyr ediblər.
Daha da gözəlləşən və abadlaşan Zabuxa qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Bununla da Zabux kəndində 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.
Zabux sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə lazımi şərait yaradılıb



Növbəti köç karvanı Zabuxa yola salındı
Daha 25 ailə Zabuxa yola salındı
Zabuxa növbəti köç karvanı yola düşdü
Zabuxa növbəti köç karvanı yola salındı
Zabuxa ilk köç karvanı yola salındı
Zabuxa növbəti köç karvanı yola düşdü
Daha 25 ailə doğma yurduna qayıtdı
Laçının daha 81 sakini doğma yurduna qayıdıb
Daha 63 nəfər doğma yurduna qayıdıb
Daha 25 ailə Zabuxa köçürüldü
Daha 21 ailə Füzuliyə yola salındı
Füzuli şəhərinə növbəti köç karvanı yola salındı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 