Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi Ukraynaya göndərilib.
Bu barədə ONN media-ya Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən humanitar yükə 900 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 18 ədəd transformator və komplekt transformator məntəqələri daxildir.
Azərbaycan Energetika Nazirliyinin tədarük etdiyi yardımı daşıyan 23 TIR-dan ibarət yük avtomobili karvanı bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Ölkə başçısının yuxarıda qeyd olunmuş Sərəncamı ilə Ukrayna xalqına humanitar yardım göstərilməsi üçün nəzərdə tutulmuş və ümumi dəyəri 7,6 milyon ABŞ dolları olan elektrik avadanlıqlarının növbəti hissələrinin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.
Xatırladaq ki, sözügedən humanitar yardımın birinci hissəsi cari ilin oktyabrın 30-da Ukraynaya göndərilib.



Azərbaycan Ukraynaya yenidən humanitar yardım göndərdi
Bakıdan ukraynalılara növbəti humanitar yardım
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi
İlham Əliyev Ukraynaya 7,6 milyon ayırdı
Azərbaycan Ukraynaya növbəti dəfə yardım göndərir
Rusiyanın hərbi karvanı Kəlbəcərdə - VİDEO
Baydendən Ukraynaya TARİXİ YARDIM
Azərbaycan Ukraynaya yenidən dəstək oldu
Azərbaycan Prezidenti göstəriş verdi - Yəmənə yardım edildi
Daha bir ölkə Ukraynaya yardım edib
Rusiya Şuşa və Xankəndinə humanitar YARDIM GÖNDƏRDİ
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 