“De Byazinin gedişi mənim üçün sürpriz oldu. Çünki burada qalmaq, işinin davamını gətirmək istəyirdi”.
Bunu futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov baş məşqçi postundan ayrılan Canni De Byazi barədə danışarkən deyib.
53 yaşlı mütəxəssis italiyalı çalışdırıcının gedişinə üzüldüyünü etiraf edib:
“Üç ilə yaxın bir yerdə çalışdıq. Hər şeyi bir yerdə müzakirə edirdik, birgə qərar verirdik. De Byazinin yeni gəldiyi vaxtla indikini müqayisə etsək, fikrimcə, komandada yaxşıya doğru dəyişiklik var idi”.
A.Əsədov həmkarının AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə son matçın ardından azərbaycanlı jurnalistlər barədə nalayiq fikirlər səsləndirməsinə də münasibət bildirib:
“De Byazinin dünənki müsahibəsindən belə anlaşılır ki, bütün jurnalistləri nəzərdə tutmur. Ancaq istənilən halda bu cür danışmaq yolverilməzdir”.
O, milliyə yerli baş məşqçinin təyin olunmasının tərəfdarıdır:
“İstənilən yerli məşqçi üçün bu, böyük şərəfdir. Əlbəttə, hamı kimi, mənim üçün də bu, qürur olar. Uzun müddətdir burada olduğum üçün milliyə yaxşı bələdəm. Amma istənilən qərara hörmətlə yanaşacağam”.
Qeyd edək ki, Canni De Byazi 2020-23-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. Yığma AVRO-2024-ün seçmə mərhələsində yeddi xalla yer aldığı F qrupunda dördüncü yeri tutub.



AFFA millinin 7 nəfərlik məşqçi heyətini açıqladı - SİYAHI
Canni De Byazi "Neftçi"nin məşqini izlədi
Byazi Azərbaycan millisindən ayrılıb
Azərbaycan millisindən böyük qələbə
Millimizin baş məşqçisi: "Gələcəyin komandasını qurmağa çalışırıq"
Millimiz Estoniyaya qarşı- YENİLƏNİB
İdmançılarımız Ermənistana gedəcək? - Nazir AÇIQLADI
Məşhur məşqçi karyerasını başa vurur
Mədət Quliyev Asif Həsənovu baş məşqçi təyin etdi
Bakıda qələbə qazanmaq asan olmayacaq - Baş məşqçi
"Qəbələ"də yeni məşqçi təyin olunub
Azərbaycan millisinin baş məşqçisi təyin edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 