"Çox çətin qrupa düşdük. 5-ci səbətdən gəlmişik, qrupun sonuncu komandasıyıq. Amma bunu dəyişdirmək üçün əlimizdən gələni edəcəyik". ONN media xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Sportiva" radiosuna açıqlamasında DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib. İtaliyalı mütəxəssis bildirib ki, komandası Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla matçlarda heç nə itirməyəcək: "Turnirə elə də çox olmayan oyunçu qrupu ilə başlayacağıq. Çünki liqada cəmi 8 komanda çıxış edir. Amma 2000, 2001 və 2002-ci il təvəllüdlü futbolçulardan ibarət yığmalarda kifayət qədər yaxşı uşaqlar var. Gələcəyin komandasını qurmağa çalışırıq". 64 yaşlı baş məşqçi milli üzvlərinin təcrübəsizlikdən əziyyət çəkdiyini söyləyib: "Çünki beynəlxalq səviyyədə rəqabət aparmaq üçün lazım olan keyfiyyət yoxdur. Digər tərəfdən, Azərbaycan Avropa İttifaqının üzvü olmadığı üçün futbolçular xarici çempionatlarda özlərinə yer tapmaqda çətinlik çəkirlər". Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.(report)
Millimizin baş məşqçisi: "Gələcəyin komandasını qurmağa çalışırıq"



Baş məşqçi Byazi ilə bağlı nələri açıqladı?
Canni De Byazi "Neftçi"nin məşqini izlədi
Byazi Azərbaycan millisindən ayrılıb
Bakıda qələbə qazanmaq asan olmayacaq - Baş məşqçi
İlham Əliyev: İqtisadiyyatı şaxələndirmək üçün əlimizdən gələni etməyə çalışırıq
Canni De Byazi: "Heç vaxt o sözləri işlətməmişəm"
Millimiz Serbiyaya məğlub oldu
Millimizin DÇ-2022-dəki rəqibləri BƏLLİ OLDU
Hazırlığımız yaxşı getmir- BAŞ MƏŞQÇİDƏN AÇIQLAMA
İngiltərə niyə dünya çempionu ola bilmir? - Bu da SƏBƏBİ
Qurban Qurbanov məğlubiyyəti belə şərh etdi
Qurban Qurbanovdan komanda ilə bağlı açıqlama
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 