Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
ONN media xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.
Məlumata görə, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.
Həmçinin, qeyd edilib ki, bütün sahələrdə insan sağlamlığının qorunması üçün maarifləndirmə işləri aparılıb. Mövcud vəziyyət nəzarət altındadır.
Xatırladaq ki, Dəniz və Liman Agentliyi hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, bu gün gündüzdən Xəzər Dəniz Akvatoriyasinda başlayacaq şimal-qərb, şimal küləyi noyabrın 28-i səhərə kimi davam edəcək. Küləyin sürəti 18-23 m/s, arabir: 25-30 m/s-dək güclənəcəyi gözlənir. Dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda 4,5-6,5 metr olacağı gözlənilir.



Azərbaycanda gəmilərə xəbərdarlıq edildi
Küləklə bağlı gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Xəzərdə üzən gəmilərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ OLUNDU
Xəzərdə üzən gəmilərə xəbərdarlıq edildi
SOCAR hərəkətə keçdi
Bununla bağlı gəmilərə xəbərdarlıq edildi
500-dən çox neftçi sahilə çıxarıldı
ASCO gəmilərə xəbərdarlıq etdi
Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Dənizdə 1700-dən çox neftçi təxliyə edilir
2500-dək neftçi təxliyyə edildi
SON DƏQİQƏ: SOCAR işçilərini təxliyyəyə başladı - Axşama qədər...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 