Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə edilib. SOCAR-dan ONN media -ya bildirilib ki, yanvarın 16-sı saat 18:00-a olan məlumata görə, şirkət yanvarın 17-də hava şəraitinin kəskinləşməsi, dənizdə qasırğanın gözlənilməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri həyata keçirib. Bütün sahələrdə növbətçilik təşkil olunub, yalnız istehsalat qəzalarının baş verməməsi məqsədilə növbətçilər sahələrdə saxlanılıb. Hava və dəniz nəqliyyatları vasitəsilə, ümumilikdə, 2500 nəfərədək neftçinin sahilə çıxarılması üçün tədbirlər görülüb. Gözlənilən qasırğa ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər maksimum dərəcədə məhdudlaşdırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilib. Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla birgə tədbirlərin həyata keçirilməsi, mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-in yanğından mühafizə gəmiləri növbətçilik həyata keçirirlər. Hava şəraitinin kəskin dəyişməsi və temperaturun aşağı düşməsi ilə əlaqədar olaraq “Azəriqaz” İB-yə və Qaz İxrac idarəsinə zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.
2500-dək neftçi təxliyyə edildi



Dənizdə 1700-dən çox neftçi təxliyə edilir
500-dən çox neftçi sahilə çıxarıldı
Hava ilə bağlı xəbərdarlıq- Neftçilər təxliyyə ediləcək
SON DƏQİQƏ: SOCAR işçilərini təxliyyəyə başladı - Axşama qədər...
SOCAR neftçiləri dənizdən təxliyyə etdi
SOCAR hava şəraitilə bağlı işçiləri təxliyə edir
SOCAR hava ilə bağlı hərəkətə keçdi
Neftçilər təxliyyə olundu
“Neft Daşları”nda meydança çöküb
SOCAR-ın 420 işçisi təxliyə edildi
Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Bakı Metropolitenində açıq havada iş qadağan edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 