Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür.
ONN media xəbər verir ki, rayonun yadelli düşmən tapdağından qurtulmasından üç il ötür.
Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km məsafədə yerləşir.
1992-ci ilin may ayından ermənilərin işğalı altında olan Laçının azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.
Xatırladaq ki, Laçın 1992-ci il mayın 18-də işğal edilmişdi



Laçının işğaldan azad olunmasından 2 il ötür
Laçının erməni işğalından azad olunmasından bir il ötür
Kəlbəcərin işğaldan azad olunmasından 2 il ötür
Bu gün Kəlbəcər şəhəri günüdür
Füzuli şəhərinin işğaldan azad olunmasının ildönümüdür
Laçının hansı kəndləri rusların nəzarətindədir?
Laçınsız 26 il...
Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur
Şuşanın işğaldan azad olunmasından 2 il ötür
Kapituliyasiya aktının imzalanmasından 3 il ötür
Ermənistanın kapitulyasiya aktını imzalamasından 2 il ötür
Azərbaycan Ordusunun Aprel qələbəsindən 6 il ötür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 