2020-ci il dekabrın 1-də işğaldan azad edilən Laçın rayonunun bir hissəsi, o cümlədən Laçın şəhəri Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan 5 kilometr enində zolağa – Laçın dəhlizinə düşür. Həmin zolağa Rusiya hərbçiləri nəzarət edir. ONN media xəbər verir ki, dəhlizdə Laçının 6 kəndi yerləşir: Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux. Yəni Rusiya hərbçiləri hazırda Laçın şəhərinə və bu 6 kəndə nəzarət edirlər. Qarabağdan Ermənistana gedən yolun yaxınlığındakı Ərəb, Turşsu, Unannovu, Bəylik, Qızılca kəndləri 5 kilometrlik zolağa düşmür, amma həmin beş kəndə gediş-gəliş dəhlizlə kəsişir, yəni o kəndlərə gedib-gəlmək üçün dəhlizdən keçmək lazım olur. Rəsmi statistikaya görə, Laçın rayonunda 1 şəhər, 1 qəsəbə, 125 kənd var. Laçın şəhəri 1992-ci ilin mayında, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə təcavüz dalğasında işğal olunub, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçib. Həmin ilin yay-payız aylarında rayonun Kəlbəcərə yaxın hissəsi azad edilib. 1993-cü ilin yazında Kəlbəcər rayonu işğal edilib, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən zəbt olunub. Avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri işğal edilib. 2020-ci il sentyabrın 27-dən Azərbaycanın keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir çox qəsəbə və kəndi azad olunub. Noyabrın 10-na keçən gecə Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti birgə bəyanat imzalayıb, hərbi əməliyyatlar dayandırılıb. Bunun ardınca Dağlıq Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib. Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.
Laçının hansı kəndləri rusların nəzarətindədir?



Laçın- Zabux avtobusu istifadəyə verildi
Laçının işğaldan azad olunmasından 3 il ötür
Laçının işğaldan azad olunmasından 2 il ötür
Laçın dəhlizi tam bağlandı
Laçına getmək istəyənlərin NƏZƏRİNƏ
Bu ərazilər Azərbaycan ordusunun nəzarətinə keçdi
Laçının daha bir kəndinə köç BAŞLAYIR
“Laçın dəhlizində ərazi minalardan təmizlənir” - Rusiya MN
Ermənilər Laçından nə vaxt çıxarılacaq?
Laçında qalan ermənilər təxliyyə edilir
Laçının kəndlərinin yol nişanları hazırdır
Laçınsız 26 il...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 