İki gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev şagirdlər arasında qızılcaya təşvişə düşəcək sayda yoluxma olarsa, məktəblərin qapanmaya gedə biləcəyi ilə bağlı açıqlama verib.
Bəs, doğurdan da qızılcaya yoluxma hallarında ciddi təhlükə gözlənilirmi?
Səhiyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq, qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb.
Bildirilib ki, yoluxma əsasən uşaqlar arasında müşahidə edilir:
“Ötən dövr ərzində ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub. Hadisələrin epidemioloji təhlili göstərir ki, yoluxmanın əsas səbəbi peyvəndlərdən yayınma hallarının olmasıdır. Bu da, əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur. Belə ki, yoluxan xəstələrin 95%-i profilaktik peyvənd təqviminə əsasən, peyvənd olunmayan uşaqlardır”.
“Peyvənd mütləq vurulmalıdır”
İnfeksionist Mərdan Əliyevin sözlərinə görə, son günlərdə qızılcaya sürətli yoluxma qeydə alınır və bunun səbəbi də peyvəndləmənin olmamasıdır:
“Xüsusən də uşaqlar uşaqların peyvəndinin olmaması onların qızılcaya yoluxmasına səbəb olur. Uşaqların anadan olandan üç yaşına qədər olan peyvəndlər, rutin peyvəndləri mütləq vurulmalıdır. Uşaqlar bir və altı yaşında qızılcayla bağlı vaksinasiyaya cəlb olunmalıdır. Bu peyvəndlər olmadıqda, uşaqlar təəssüf ki, digər infeksion xəstəliklərə qarşı da müdafiəsiz olurlar. Hazırda qızılca geniş yayılmaqdadır”



Əvvəlki illərdə qızılcadan ölüm sayı nə qədər olub? - STATİSTİKA
Azərbaycanda qızılcaya yoluxma halları azalıb
Azərbaycanda nə qədər qızılcaya yoluxan var?
Daha bir xəstəlik yayılır - Bir həftəyə 3400 insan...
Qızılcanın yayılma səbəbi nədir?
Səhiyyə Nazirliyindən qızılca ilə bağlı AÇIQLAMA
Səhiyyə Nazirliyi Şəkidə qızılcaya yoluxma ilə bağlı məlumat yayıb
Azərbaycanda qızılcaya yoluxanların rəsmi SAYI AÇIQLANDI
ÜST-dən qlobal qızılca təhlükəsi ilə bağlı xəbərdarlıq
Azərbaycana qızılcaya qarşı vaksin gətirildi - Rəsmi
Məktəblərdə qızılcaya qarşı hansı tədbir görülür?
Azərbaycanda nə qədər adam qızılcaya tutuldu?- RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 