"Ötən ilin dekabr və bu ilin yanvar ayı ilə müqayisədə Azərbaycanda qızılcaya yoluxma hallarında azalma qeydə alınıb”.
ONN media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
O qeyd edib ki, bu ay qızılcaya yoluxanların sayında azalma var: "Qızılcaya tutulanların əksəriyyəti yenə də əsasən, 20-40 yaş arasında olan şəxslərdir. Onlar da vaxtilə peyvənd olunmayıblar. Uşaqlar arasında çox az sayda yoluxma faktı qeydə alınıb. Əgər hansısa uşaq peyvənddən kənarda qalıbsa, onlara peyvəndlərin vurulması təmin edilir”.
A.Əliyeva bildirib ki, bu ilin yanvar ayı ərzində 55 nəfərin qızılcaya yoluxması (ötən ilin dekabrında 55) təsdiqlənib: "Ümumilikdə isə fevral ayına qədər 106 yoluxma hadisəsi qeydə alınıb”.
O, həmçinin xatırladıb ki, Səhiyyə Nazirliyi 160 min vaksin alınmasını sifariş verib və həmin peyvəndlərin martın əvvəlində ölkəyə gətirilməsi planlaşdırılır. Həmin peyvəndlərin kimlərə vurulması ilə bağlı müvafiq əmr imzalandıqdan sonra peyvəndləmə işlərinə başlanılcaq. Report



Azərbaycanda qızılcaya yoluxma halları azalıb
Azərbaycanda nə qədər adam qızılcaya tutuldu?- RƏSMİ
Səhiyyə Nazirliyindən qızılca ilə bağlı AÇIQLAMA
Qızılcaya yoluxma ilə bağlı təhlükəli vəziyyət gözlənilir?
DİQQƏT- Əhaliyə pulsuz vaksin vurulacaq
Qızılca və məxmərək sürətlə artır?.. – Nazirlik açıqladı
Bayram günlərində uşaqları bu məkanlardan uzaq tutun
Daha bir xəstəlik yayılır - Bir həftəyə 3400 insan...
Azərbaycanda 1493 nəfər qızılcaya yoluxdu
Əvvəlki illərdə qızılcadan ölüm sayı nə qədər olub? - STATİSTİKA
Qonşu ölkədə 716 nəfər qızılcaya yoluxub
Böyüklərin qızılcaya qarşı peyvəndinə başlanacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 