Xalq artisti Röya Ayxan sənət yolunda yaşadığı çətinliklərdən danışıb.
ONN media xəbər verir ki, pop ulduz bu barədə Arb TV - də yayımlanan aparıcı Kazım Sübhanın “Özəl” proqramında məlumat verib.
R. Ayxan deyib ki, indi çatdığı zirvəyə heç də asanlıqla gəlməyib:
“Kimsə adımı çəkib bir söz deyəndə xətrimə çox dəyir. Ya ümumiyyətlə, danışmayın. Danışanda da birinin sənətini unutmayın. Yaddan çıxarmayın ki, o sənətə necə gəldi, nə cür gəldi. Tək geyim, danışıq rol oynamadı. Doğrudan da 300 mahnıdan 250-i hit oldu. 16 yaşdan 42 yaşa qədər. Ona görə kimsə adımı çəkəndə, deyirəm, ey zəhmət olmasa, dəstur! Çünki mən bu sənətə sevərək, əziyyətlə gəldim. Mən birinci qazanıb, tez qaçım evim, maşınım, paltarım olsun demədim. Lazım gələndə dostumun evində də qaldım, paltarını da geyindim, xahiş etdim ki, maşını ilə aparsın-gətirsin. Ona görə ki, yığdığım pulu yaxşı mahnıya xərcləyim, yaxşı işlər görüm. Bu gün də şükürlər olsun ki, etdiyimiz bütün işlər cavab verdi. Ona görə yanımda olan, hətta məni vuran, qaldıran hər kəsə təşəkkürlər. Çünki siz məni yıxmasaydınız, ayağa qalxmağı bilməzdim”.
Sənətçi həmçinin Kazım Sübhanın onu “Böyük ulduz” , Tarix Əliyevin “Rəqibsiz ulduz” deyə təqdim etməsinə münasibət bildirib, ləqəblərin onun üçün maraqlı olduğunu söyləyib:
“Röya kifayətdir, amma digərləri də maraqlıdır. Məsələn, ötən dəfə “rəqibsiz ulduz” dedilər. Çünki mən özüm özümləyəm. “O niyə belə elədi, mən niyə qaldım”, deyə, - düşünmədim. Öz işimdəyəm, öz yolumdayam”.



Röya Ayxan bu addımı ilə hərkəsi kövrəltdi
Röya Ayxan ilk dəfə müğənni xalası qızı ilə
Röya məşhur müğənni ilə ELƏ FOTOLAR PAYLAŞDI Kİ...
Röya şəhid anasının evini təmir etdirəcək - Video
Röyadan İNANILMAZ SÖZLƏR: “Yeni ildə borc aldım ki, evə bazarlıq edim”
Röya Ayxan ərə gedir?- ŞOK AÇIQLAMA
Xalq artisti vaksin vurdurdu - VİDEO
Röya: “Elşad Xosenin xanımının bir oğlu var”
Röya omba əməliyyatı keçirib? - Özü AÇIQLADI
Röya səhnəyə elə vəziyyətdə çıxdı ki...
Röya daha bir ilkə imza attı
Röya Ayxandan maraqlı addım
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 