İranın etnik bəlucların yaşadığı Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin polis məntəqəsinə silahlı hücum olub.
ONN media İran mediasına istinadla xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Bildirilib ki, gecə saat 02:00 radələrindən başlayan silahlı hücum zamanı polis bölməsində güclü partlayışlar olub.
Rask şəhərinə çox sayda xüsusi qüvvələrin yeridildiyi, kəşfiyyat PUA-larının havaya qaldırıldığı bildirilir.
Bəlucların “Ceyşül Ədl” silahlı qruplaşması bəyanat yayaraq hücumun məsuliyyətini öz üzərinə götürüb.
Son məlumata görə, polis mərkəzinin daxilində və ətrafında atışmalar davam edir.
İranın polis komandanlığı yerli vaxtla səhər saat 7:53-də yaydığı məlumatda hadisəni təsdiqləyib.
“Hücum edənlər bir neçəsi öldürülüb və yaralanıb. Terror hücumu nəticəsində polis qüvvələrinin bir neçə əməkdaşı da həyatını itirib və yaralanıb”, - rəsmi bəyanatda bildirilib.
"Fars" agentliyi hücum zamanı 12 polis əməkdaşının öldürüldüyünü, 7 polisin isə yaralandığını yazıb.



İranda polis bölməsinə hücum edildi: ölən var
İranda silahlı qarşıdurma: Ölənlər var
İran Pakistana xəbərdarlıq etdi
İranda seçki qutularını daşıyan maşına hücum olub
Polis məntəqəsinə hücum - Ölənlər və yaralılar var
Polis avtomobilinə hücum olunub- ÖLƏNLƏR VAR
İran-Pakistan sərhədində silahlı hücum olub
Polis bölməsinə hücum nəticəsində 3 nəfər ölüb
Polis konvoyuna silahlı hücum - 13 ÖLÜ
Türkiyədə məhkəmə binasına silahlı hücum: 2 ölü, 5 yaralı
Polis bölməsinə hücum - 6 polis öldürülüb
Baş nazirin müşaviri güllələnərək öldürüldü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 