Fələstinin radikal HƏMAS hərəkatı onlarla girovun azad edilməsi müqabilində İsrailin təklif etdiyi bir həftəlik atəşkəs razılaşmasını rədd edib.
ONN media xəbər verir ki, bu barədə “The Wall Street Journal” Misir rəsmilərinə istinadən bildirib.
Onların sözlərinə görə, İsrail təcili tibbi yardıma ehtiyacı olan girov qalan bütün qadın, uşaq və qocalar da daxil olmaqla 40 nəfərin azad edilməsini istəyib. Bunun müqabilində yəhudi dövləti Qəzza zolağında quru və hava əməliyyatlarını bir həftə müddətinə dayandırmağı təklif edib, həmçinin anklava humanitar yardım axınına zəmanət verib.
Qəzetin həmsöhbətlərinin fikrincə, danışıqların bu nəticəsi uğursuzluq kimi qiymətləndirilməməlidir, söhbət hərəkatın İsraildən daha böyük güzəştlər əldə etmək cəhdindən gedir. Xüsusilə də HƏMAS nümayəndələri yalnız atəşkəsdən sonra israilli girovların qaytarılması məsələsini müzakirə etməyə hazır olduqlarını bəyan ediblər. Bundan əlavə, Fələstin İslami Cihad qrupu 100-dən çox girov müqabilində İsraildən sayı minlərlə olan bütün İslami Cihad iştirakçılarını həbsxanalarından azad etməyi tələb edir



Gələn həftə Qəzzada atəşkəsin başlayacağına ümid edirik - Bayden
Girovların qaytarılması təxirə salındı
İran hansı halda hücumdan vaz keçəcək?
Qəzzaya humanitar yük maşınları daxil oldu
HƏMAS atəşkəsdən imtina etdi
ABŞ Qəzza zolağında PUA-ları havaya qaldırdı
İsrail və Qəzza arasında müharibə dayana bilər
Sabah İsarillə sülh ola bilər - HƏMAS razılaşdı
Qəzzada ölənlərin sayı açıqlandı
İsrail və HƏMAS atəşkəsi uzatdı
İsrail Həmasın mövqelərinə hava zərbələri endirib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 