Qətər ABŞ-ni əmin edib ki, Fələstinin HƏMAS hərəkatının nümayəndələri avqustun 15-də Dohada keçiriləcək Qəzza zolağında atəşkəs razılaşması üzrə danışıqlarda iştirak edəcəklər.
ONN media xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel deyib.
“Qətərli tərəfdaşlarımız bizi əmin etdilər ki, HƏMAS nümayəndələri iştirak edəcək və mən, əlbəttə ki, onların bu barədə özlərinin danışmasını istəyərəm.
Bundan başqa, mən təfərrüata varmaq fikrində deyiləm”, - deyə o bildirib. Patel əlavə edib ki, Vaşinqton danışıqların davam edəcəyini gözləyir.
Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, İsrail hazırkı saziş layihəsini tamamlamağa hazırdır.
“ABŞ və Misir prezidentləri, həmçinin Qətər əmiri keçən həftə bəyanatlar verəndə İsrail sabah başlayacaq atəşkəs danışıqlarında iştirak edəcəyini təsdiqlədi. İndi masada olan sövdələşməni başa çatdırmağa hazırdılar”, - deyə o vurğulayıb.
Qəzzada atəşkəsə dair danışıqların yeni mərhələsinin cümə axşamı Dohada baş tutacağı gözlənilir. İsrail hökuməti artıq Mossad kəşfiyyatının direktoru David Barneanın başçılıq edəcəyi nümayəndə heyətinin oraya göndərilməsinə razılıq verib. Fələstinin HƏMAS hərəkatı məsləhətləşmələrdə iştirakdan rəsmən imtina etməyib. Avqustun 11-də vasitəçiləri Qəzza zolağında atəşkəs sazişinin həyata keçirilməsi üçün konkret plan təqdim etməyə və İsraili onu yerinə yetirməyə məcbur etməyə çağırıb.



İran hansı halda hücumdan vaz keçəcək?
İsrail və Qəzza arasında müharibə dayana bilər
Girovların qaytarılması təxirə salındı
İsrail HƏMAS-ın hədəflərini bombaladı
İsrail Qəzzaya 200-dən çox zərbə endirdi
İsrail və HƏMAS razılaşdı
Həmas İsrailin atəşkəs şərtlərini rədd etdi
İsrail ordusu HƏMAS-ın bu hədəflərini vurdu
İsrail HƏMAS-ın mövqelərini bombaladı
Gələn həftə Qəzzada atəşkəsin başlayacağına ümid edirik - Bayden
İsrail və HƏMAS atəşkəsi uzatdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 