Yazıçı- publisist, "Olaylar" qəzeti və eyniadlı Agentliyin baş redaktoru Yunus Oğuz növbədənkənar prezident seçkilərində öz təşəbbüsü ilə namizəd olacağını açıqlayıb.
ONN media xəbər verir ki, bu barədə o, özü məlumat verib. Y. Oğuz yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini bildirib: "Tarixi qələbəmizdən sonra ilk dəfə olaraq müstəqil, süveren Azərbaycanda keçirilən prezident seçkilərində iştirak etmək şərəfli bir missiyadır. Radikal müxalifətin seçkiləri boykot etmək qərarını pisləyirəm. Çünki, bu prezident seçkiləri təkcə ölkədaxili məsələ yox, həm də beynəlxalq hadisədir. Hesab edirəm ki, prezident seçkilərində iştirak etmək üçün şəffaf və demokratik mühit mövcuddur. Həmçinin Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fövqündə görüləcək kifayət qədər işlər var. İşğal edilmiş ərazilərdə quruculuq və bərpa işləri, "Qayıdış" Dövlət Proqramının icrası, ölkənin iqtisadi dayanıqlığının təminatı, əhalinin sosial rifahının daha da yüksəldilməsi kimi mühüm vəzifələr qarşısındayıq. Prezident seçkilərinə namizədliyimi irəli sürməkdə məqsədim həlli vacib olan məsələlərin reallaşmasına öz töhvəmi verməkdən ibarətdir. Dövlətimizin orta və uzaq hədəflərində onun yanında olmaq şərəf və vətəndaşlıq borcudur. Millətimiz və dövlətimiz üçün xeyirli, uğurlu olsun!"
Xatırladaq ki, Y. Oğuz 2003-cü ildə keçirilən prezident seçkilərində də namizəd olub və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xeyrinə namizədliyini geri götürüb.



Növbədənkənar prezident seçkilərində YAP-ın namizədi kim olacaq? - RƏSMİ
Bunun özü gələcək seçkilər üçün ən yaxşı hazırlıqdır - Yunus Oğuz
Bu gün Azərbaycanda Prezident Seçkiləri günüdür
Prezidentliyə namizədlərin sayı 6-ya çatdı
Yunus Oğuz bu dəfə Çingiz xandan yazdı
Polşada prezident seçkiləri başladı
Zahid Oruc prezidentliyə namizəd oldu - Rəsmi
Lukaşenko prezident seçkilərində səs verdi
Jirinovski prezidentliyə namizədliyini irəli sürür – VİDEO
Aqil Abbas yenidən deputatlığa namizəd oldu
Ermənilərin qırılma nöqtəsi hardan başlayır- YUNUS OĞUZ
Seçki bülletenlərinin sayılmasına başlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 