Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.
ONN media xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə qeyd olunur ki, Məhəmməd Əmin Rəsulzadənin 2024-cü ilin yanvar ayında anadan olmasının 140 illiyi tamam olur.
"Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram", - Sərəncamda deyilir.
Sənədə əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.



Məhəmməd Əmin Rəsulzadənin dəfnindən nadir kadrlar- VİDEO
MEK Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi ilə bağlı sərgi təşkil edib
Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür
Rəsulzadənin anadan olmasından 134 il ötür-DOĞUM GÜNÜ
Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür
6 mart Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 