20 Yanvar faciəsinin ildönümü günü "Bakı Metropoliteni" QSC-də silsilə tədbirlər planlaşdırılıb və metronun iş rejimində dəyişikliklər ediləcək.
QSC-dən ONN media-ya verilən məlumata görə, faicənin ildönümü hər il olduğu kimi, bu il də metroda ehtiramla yad ediləcək.
Yanvar ayının əvvəlindən “20 Yanvar” stansiyasının vestibüllərinə, platformasına və digər xidməti sahələrinə baxış keçirilib, zəruri tədbirlərin təşkili üçün tapşırıqlar verilib. Stansiyada bərpa hazırlıq tədbirləri yekunlaşmaq üzrədir.
Yanvarın 19-dan 20-nə keçən gecə “20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq. Stansiyanın platformasının hər iki giriş sahəsində qərənfillərdən ibarət xüsusi tərtibatlı çələng qoyulacaq.
Metropolitenin kollektivi gün ərzində şəhidlərimizin, o cümlədən 20 Yanvar qurbanları arasında olan iki metropolitençinin - İlqar Qarayev və Əflatun Kazımovun xatirəsinə ehtiram olaraq Şəhidlər xiyabanını ziyarət edəcək.
Yanvar ayının 20-si günün birinci yarısında “20 Yanvar” stansiyasının platformasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək. Bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə vətənpərvərlik mövzusunda musiqi parçaları səsləndiriləcək. Qatarlarda stansiyaların adlarını maşinistlər deyəcək.
“20 Yanvar”, həmçinin Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında da gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Qeyri-iş günü olsa da, ehtiyat qatarlar xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaranacağı halda xəttə buraxılacaq.
Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut mərasimi 12:00-da Bakı metropoliteninin bütün stansiyalarında keçiriləcək və qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək. Bu məqsədlə xətlərdə olan bütün qatarlar stansiyalara çıxarılacaq.
Qanlı qırğının miqyasının daha böyük olmamasında Bakı metropoliteninin fədakar kollektivinin xüsusi əməyi olub. Həmin gecə Bakı metropoliteni rəhbərliyinin göstərişi ilə stansiyalarda səhərə qədər qatarların hərəkəti dayandırılmayıb. Növbədə olan, eləcə də həmkarlarının köməyinə çatan metropolitençilərin fədakarlığı sayəsində yüzlərlə insanın həyatı xilas edilib, yaralılar xəstəxanalara çatdırılıb, metropolitenin stansiya, platforma, tunel və keçidləri günahsız insanların xilas yerinə çevrilib.



Bakı metrosunun iş rejimində dəyişikliklər ediləcək
20 Yanvar metrosu hal hazırda
Bakı metrosu gücləndirilmiş rejimə keçir
Yanvarın 17-də məktəblərdə xüsusi dərslər keçiriləcək
TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
PA-nın yeni rəhbəri sərəncam imzaladı
Ordumuzda 20 Yanvarla bağlı silsilə tədbirlər keçirildi
Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanıldı
Ramiz Mehdiyev sərəncam imzaladı
"20 Yanvar"da keçidlərdə olan mağazalar bağlandı
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olundu - VİDEO
Lənkəranda şəhidlərin xatirəsi anılıb
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 