“20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb. İdarədən ONN media-ya verilən məlumata görə, əmrə əsasən, yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçiriləcək. Həmçinin ümumi təhsil məktəblərində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı mühazirə, seminar, xüsusi toplantı, “Dəyirmi masa” və konfransların təşkili nəzərdə tutulur. Bundan əlavə, 20 Yanvar hadisələrindən bəhs edən kitab, foto və şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri keçiriləcək, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq.
Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi şəhidlərin xatirəsinə ucaldılmış abidələrə, Şəhidlər xiyabanına ziyarət edəcəklər. Qeyd olunan tədbirlərin keçirilməsi şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə aşılanması məqsədlərinə xidmət edir.Yanvarın 17-də məktəblərdə xüsusi dərslər keçiriləcək



Məktəblərdə 20 Yanvarla bağlı xüsusi dərslər keçiriləcək
PA-nın yeni rəhbəri sərəncam imzaladı
İlk dərslər Xocalı soyqırımının ildönümünə həsr olunacaq - RƏSMİ
Orduda 20 Yanvar faciəsinin ildönümü keçiriləcək
Azərbaycan Ordusunda tədbirlər keçiriləcək - 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar
Ramiz Mehdiyev sərəncam imzaladı
“Nəsimi İli” ilə bağlı əmr imzalandı
Zakir Həsənov Xocalı soyqırımı ilə bağlı tapşırıq verdi
Ordumuzda 20 Yanvarla bağlı silsilə tədbirlər keçirildi
Zakir Həsənov Xocalı soyqırımına aid silsilə tədbirlərin keçirilməsi ilə bağlı tapşırıq verdi
Bu məktəblərdə həftədə 5 gün dərs keçiriləcək
Bakı metrosu bu tarixdə iş rejimini dəyişəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 