Daşıyıcı şirkət Bakı küçələri ilə burnu yerə dəyən sərnişin avtobusunun yayılan görüntülərinə münasibət bildirib.
Şirkət nümayəndəsi bildirib ki, 99-MJ-449 dövlət nömrə nişanlı, 525 saylı sərnişin avtobusunda texniki nasazlıq yaranıb və həmin zaman nəqliyyat vasitəsində heç bir sərnişin olmayıb:
“Görüntü Masazır ərazisində çəkilib. Sözügedən ərazidə Zəngilan şəhərciyi deyilən bir yer var, həmin şəhərciyin yolu çox bərbad haldadır. Biz o yolu dəfələrlə öz hesabımıza düzəltdirsək də, heç bir mənası olmayıb. Çünki orada kanalizasiya sistemi işləmir. O binaların bütün suyu yola axıdılır, yolda çalalar əmələ gəlir. O çalalara görə də, tək o avtobus deyil, elə avtobuslarımız var ki, düşür çalaya, təkəri cırılır. Bir sözlə yol çox bərbad haldadır.
Sözügedən videodakı avtobus da nasazlıq səbəbindən son dayanacağa gedəndə çəkilib. Avtobusda sərnişin yoxdur, boşdur. Sürücü axırıncı dayanacağa gedən vaxt təkər düşüb içində su olan çökəyə. Yəni avtobusun əyilməsi yüklənmədən deyil, texniki nasazlıqdan əmələ gəlib. Belə deyim, hava sistemində yastıqlar var - hava yastıqları. Orada xırda borular var. Həmin boruların birində sızma olduğu üçün avtobus əyilib. Onu düzəltmək də beş-altı dəqiqəlik işdir, iki başdan açılır və təzəsi qoyulur. Dərhal aradan qaldıra biləcəyimiz nasazlıqdır. Bu, adi yolda gedəndə də olur”



BNA -dən avtobus qəzasına MÜNASİBƏT
20 sərnişin daşıyan avtobus qarşı yola çıxdı və... - QORXUNC QƏZA
Bakıda iki sərnişin avtobusu toqquşdu
İstanbulda sərnişin avtobusu dənizə düşdü
Bakıda sərnişin avtobusu ağır qəza törətdi - YARALI VAR
Bakıda marşrut avtobusu YANDI
SON DƏQİQƏ: Bakıda sərnişin avtobusu QƏZAYA UĞRADI
Gəncədə sərnişin avtobusu aşdı
Rusiyada dəhşətli qəza: ölənlər var
Bakıda sərnişin avtobusu qəza törətdi
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb
Bakıda dəhşətli qəzaya görə hər iki sürücü HƏBS EDİLDİ
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 