Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün rəsmi nota göndərdiyi beynəlxalq təşkilatların əksəriyyətindən müsbət cavab aldığını açıqlayıb.
ONN media xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
“Beynəlxalq təşkilatlara dəvət məqsədilə XİN tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib. Mövcud prosedura əsasən, öz növbəsində qeyd edilən təşkilatlar üzv dövlətlərə müraciət edərək müvafiq ölkədəki seçkiləri müşahidə etməyə çağırış edirlər. Dəvət göndərdiyimiz təşkilatların əksəriyyətindən müsbət cavablar almışıq”, - A.Hacızadə qeyd edib.
Mətbuat xidmətinin rəhbəri, həmçinin vurğulayıb ki, 7 fevral seçkilərini izləmək məqsədilə xarici KİV-lərdən də çoxsaylı müraciətlər alınıb və akreditasiya prosesi yekunlaşdıqdan sonra onların dəqiq sayı barədə məlumat veriləcək.



Rəsmi Bakının prezident seçkisi ilə bağlı dəvət göndərdiyi beynəlxalq təşkilatların adları məlum olub
XİN-dən Beynəlxalq Seçki Müşahidə Missiyasına CAVAB
MSK-nın iclası başladı – Bu məsələlər müzakirə olunur
Türkmənistanda parlament seçkiləri keçirilir
XİN rəsmi məlumat yaydı
Şuşada mühüm iclas başladı
Səsvermə başa çatdı
İran XİN rəhbəri Türkiyəyə yola düşüb
XİN seçkilərlə bağlı bəyanat yayıb
İlkin nəticələr açıqlandı - Ekzit-poll
Ukraynada seçki ilə bağlı 33 cinayət işi açıldı
Azərbaycan buna müvəffəq olub - İlham Əliyev
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 