“ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı ekzit-poll-un ilkin nəticələrini açıqlayıb.
APA-nın məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə ekzit-poll aparılıb: “80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir anketlər qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi. Seçici fəallığı gün ərzində 68,7 faiz olub. Ekzit-poll uğurla başa çatdı.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin apardığı ekzit-poll-un nəticələri aşağıdakı kimidir:
İlham Əliyev – 82,71 faiz
Zahid Oruc – 3,37 faiz
Araz Əlizadə - 1,87 faiz
Qüdrət Həsənquliyev – 4,23 faiz
Fərəc Quliyev – 1,33 faiz
Hafiz Hacıyev – 2,1 faiz
Razı Nurullayev – 0,92 faiz
Sərdar Cəlaloğlu – 3,56 – faiz".
Qeyd edək ki, seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi akkreditə olunub.
ATƏT Parlament Assambleyası, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi də daxil olmaqla 60 təşkilat, eləcə də 59 ölkədən beynəlxalq müşahidə missiyaları seçki prosesini izləyib.
Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənilib.



Bakı və Sumqayıda avtoyürüş başladı
İlkin nəticələr açıqlandı — İlham Əliyev 86 faizlə liderdir
Naxçıvanda dəstək yürüşü keçirilir
MSK seçkilərin nəticələrini açıqladı- RƏSMİ
Rusiyada prezident seçkiləri: qalibin adı açıqlandı
Seçkinin ilkin nəticələri elan olundu
Azad olunmuş ərazilərdə seçici fəallığı açıqlandı
Putin bu qədər səs topladı- Yekun nəticə
Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək
Səsvermə başa çatdı
MSK yekun nəticələri açıqladı: Seçicilərin 86,03 faizi İlham Əliyevə səs verib
4 təşkilat seçkilərdə exit-poll keçirmək istəyir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 