Prezident İlham Əliyevin sərəncamı ilə Məhərrəm Camal oğlu Əhmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
ONN media xəbər verir ki, Məhərrəm Camal oğlu Əhmədov 25 yanvar 1954-cü ildə Bakıda anadan olub.
1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsində təhsil alıb. 1975–1976-cı illərdə Misir Ərəb Respublikasında tərcüməçi kimi xidməti ezamiyyətdə olub.
1977–1978-ci illər Azərbaycan Kitabsevərlər Cəmiyyətində təlimatçı vəzifəsində işləyib.
1978–1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və Azərbaycan dilinin tarixi şöbələrində baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb.
1997–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində məsləhətçi, böyük məsləhətçi vəzifələrində işləyib. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.
Hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavinidir.
Filologiya üzrə fəlsəfə doktorudur. Rus və ərəb (sərbəst), ingilis və fars dillərini (lüğətlə) bilir.
2-ci dərəcə dövlət müşaviri, əməkdar dövlət qulluqçusudur.
“Dövlət qulluğunda fərqlənməyə görə” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni” ilə təltif olunub.



Aydın Abiyev vəfat etdi
İcra başçısı təyin edilən Firdovsi Əliyev kimdir?
Prezident bu şəxslərə yüksək vəzifə verdi
Möhsün Nağısoylunu o əvəz edəcək
BDU-nun rektoru həyatını itirdi
31 yanvar Cəlal Əliyevin anım günüdür
31 yanvar Cəlal Əliyevin anım günüdür
Lənkəran Dövlət Universitetinin əməkdaşı vəfat edib
31 yanvar Cəlal Əliyevin anım günüdür
Əfqan Abdullayevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE
İlham Əliyevin Masallıya icra başçısı təyin etdiyi Şahin Məmmədov kimdir? – DOSYE
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 