Təhsil Nazirliyində yeni kadr təyinatı olub. ONN media xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, professor Əfqan Abdullayev Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri vəzifəsinə təyin edilib. Xatırladaq ki, Ə.Abdullayev bundan əvvəl ADU-nun rektor əvəzi və Tədris işləri üzrə prorektor vəzifəsində çalışıb. Qeyd edək ki, Əfqan Abdullayev 1956-ci ildə Yevlax rayonunda ziyalı ailəsində anadan olub. 1973-cü ildə Yevlax rayonunda orta məktəbi bitirib. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis–Azərbaycan dilləri fakültəsində təhsil alıb. 1988-1992-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnsititutunda İngilis dilinin Qrammatikası kafedrasında laborant, müəllim, Tətbiqi Dilçilik laboratoriyasının müdiri işləyib. 1992-1995-ci illərdə Xəzər universitetində ingilis dili müəllimi, rektorun müşaviri, İngilis dili kafedrasının müdiri, Humanitar fakültənin dekanı vəzifələrində çalışıb. 1995-2003-cü illərdə ABŞ-da əvvəlcə Ali Təhsilin idarə olunması üzrə magistraturada, sonra Ph.D proqramında (Koqnitiv dilçilik) təhsil alıb. 1998 və 2005-ci illərdə ABŞ Dövlət Departamentinin Fulbraight mükafatına layiq görülərək ABŞ-ın müxtəlif universitetlərində elmi tədqiqat aparıb və mühazirələr oxuyub. 2001-ci ildən Xəzər universitetinin, 2002-ci ildən isə Azərbaycan Dillər Universitetinin professoru olub. 2003-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinin dekanı vəzifəsində çalışıb. 2014-2016-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində Akkreditasiya və Nostrifikasiya şöbəsində, Elm, Ali və Orta ixtisas təhsili şöbəsində çalışıb. 6 dərsliyin (2 dərslik xaricdə ingiliscə nəşr olunub), 110-dan çox elmi məqalənin (37 məqalə xaricdə nüfuzlu elmi jurnallarda çap olunub) müəllifidir. ABŞ və Avropanın müxtəlif beynəlxalq təşkilatlarının 23-dən çox təqaüdünə layiq görülüb.
Əfqan Abdullayevə YÜKSƏK VƏZİFƏ VERİLDİ



"Qarabağ" universitetində yeni təyinat olub
Qarabağ universitetinə dekanlar seçilib
Novruz Məmmədov YENİ İŞ YERİNDƏ
Ramin Bayramlı ona VƏZİFƏ VERDİ
Rabitə nazirliyinə yeni mətbuat katibi təyin edildi
BDU-nun professoru vəfat edib
İlham Əliyev sərəncam imzaladı
Milli Məclisin sədri vəzifəsinə namizəd kimdir? - TƏRCÜMEYİ-HAL
Nazir 4 nəfərə vəzifə verdi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə təyinat olub
Seymur Talıbovun yerinə gətirilən xanım kimdir?
"Unibank"da YENİ TƏYİNAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 