Yunan fermerlər etiraz aksiyasında Saloniki-Mudania magistral yolunu traktorlarla bağlayıblar.
ONN media xəbər verir ki, bu barədə Yunanıstanın ERT telekanalı məlumat yayıb.
Etirazlar şənbə günü, fevralın 3-də on minlərlə insanın iştirak etdiyi ölkənin ən böyük sənaye sərgisi olan “Aqrotika”da başlayıb. Salonikidə keçirilən aksiya zamanı fermerlər yollara şabalıd və alma ilə dolu yeşiklər atıblar. Kənd təsərrüfatında vəziyyətin yaxşılaşdırılması üçün hökumətin təklif etdiyi təşəbbüslər isə fermerləri qane etməyib.
Baş nazir Kiriakos Miçotakis may ayından sentyabr ayına qədər fermerlər üçün elektrik enerjisinin dəyərinin 10 faiz azaldılacağını, dövlətə məxsus elektrik şirkəti PPC-yə olan borcun bir hissəsinin silinəcəyini və 87 milyon avro borcun hissə-hissə ödəniləcəyini açıqlayıb. Bundan əlavə, hakimiyyət kənd təsərrüfatında elektrik enerjisinə olan ehtiyacın ödənilməsi üçün günəş panellərindən ibarət parkların tikintisinə subsidiya verəcək.
Fermerlər isə mübarizəni davam etdirmək niyyətində olduqlarını bəyan ediblər. Onlar bildiriblər ki, Nazirlər Kabinetinin başçısının kənd təsərrüfatına dəstək barədə bəyanatları əsas tələblərə cavab vermir. Yunan fermerləri fevralın 5-dən blokadanın koordinasiyalı şəkildə idarə olunması yolları barədə müzakirə aparacaqlar.



Almaniyada fermerlər etiraza başladı
Fransada fermerlər maraqlı aksiya keçirilib
Fermerlər yolu bağlamağı planlaşdırır
Bu almanın içi də çölü kimi qırmızıdır
Sentyabrdan payızlıq əkinlərin bəyanına başlanılır
Polşa-Ukrayna sərhəddində yol niyə bağlandı?
Bu il Azərbaycan elektrik enerjisinin ixracını artırıb
Fransada vəziyyət yenidən gərginləşdi
Ərəb şirkəti Azərbaycanda elektrik enerjisi satacaq – QİYMƏT
Paşinyan PLANLARI AÇIQLADI: atom elektrik stansiyası və zavod...
Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurası yaradılıb
Bu bölgəmizdə insanlar İŞIQSIZ QALDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 