Nazir İnam Kərimov ölkənin tanınmış fermerləri ilə görüşüb
ONN media xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının yaradılmasına həsr olunmuş toplantı keçirilib.
Ölkənin qabaqcıl fermerlərinin iştirakı ilə keçirilən toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə aqrar islahatların davam etdiyini bildirib. Nazir qeyd edib ki, Prezident İlham Əliyev nazirliyin qarşısında fermerlərə daha yaxın olmaq, onların problemlərini dinləmək və problemlərdən həll yollarını birgə axtarmaq kimi vəzifələr qoyub. Aqrar sahədə institusional layihələrin həyata keçirilməsinin davam etdiyini deyən nazir İnam Kərimov fermerləri Prezident İlham Əliyevin imzaladığı son Fərmanla bağlı məlumatlandırıb.
Yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılacağını deyən nazir bildirib ki, yeni qurum vahid pəncərə sisteminin tətbiqinə, şəffaflığın tam təmin olunmasına imkan verəcək. DAİM-lər yanında Fermer və Koordinasiya Şuralarının yaradılacağını xatırladan nazir bildirib ki, bu gün təsis olunan qurum da Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasıdır:
“Kənd Təsərrüfatı Nazirliyinin son məqsədi odur ki, fermerlər torpaqdan daha səmərəli istifadə edə bilsinlər, daha çox məhsul istehsal edib, daha çox qazansınlar. Fermerlərin problemlərinin müəyyənləşmək, onların öz fəaliyyətlərini daha mükəmməl qurmasına kömək göstərmək məqsədilə Aqrar Tədqiqatlar Mərkəzi yaratmışıq. Eyni zamanda fermerlərin öz məhsulu satmasına yardım göstərmək üçün Dövlət Aqrar Ticarət Şirkəti yaratmışıq. Bilirsiniz ki, fermerdən məhsulu alan vasitəçilər çox zaman onu becərən insandan daha çox pul qazanırlar. Dövlət Aqrar Ticarət Şirkəti bu problemi aradan qaldırmaq üçün yaradılıb. “Aqrolizinq” isə fəaliyyətini təkmilləşdirməli, ölkəyə yeni texnikalar gətirilməlidir, qiymətlər isə əlçatan olmalıdır”.
Nazir Azərbaycanda 11 regional aqrokimya laboratoriyasının yaradıldığını xatırladıb. Onun sözlərinə görə, bu laboratoriyalar fermerlərə torpağın tərkibini analiz etməyə imkan verəcək, əkin sahələrində meydana çıxan bir çox problemlərin qarşısını əvvəldən almağa şərait yaradacaq. Nazir İnam Kərimov həmçinin könüllülük prinsipi əsasında kooperativlərin yaradılmasının vacibliyini vurğulayıb və fermerləri bununla bağlı maarifləndirmə işini sürətləndirməyə çağırıb.
Tanınmış fermerlərdən Fatma Hüseynova, İldırım Məmmədov, Bayram Əlləzov, Lətif Cəfərov, Mikayıl Davudov, Rafət Abbasov, Elman Nərimanov, Sahib Ramazanov, İvan Kazakov, Tərlan Hüseynov, Anar Tahirov, Suliddin Mahmudov, Aydın Həsənquliyev, Cümşüd Babayev çıxış edərək fermerlərin qarşısında duran vəzifələr, meydana çıxan problemlər barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər. Görüşdə toxum və gübrələrin keyfiyyəti, sahələri daşdan təmizləyən texnikanın olmaması, suvarma problemləri, heyvandarlığın inkişafı üçün atılacaq addımlar ətrafında müzakirələr aparılıb. Görüşün sonunda 14 nəfərdən ibarət Fermerlər Şurasının İdarə Heyəti təsis olunub.



Yeni nazir Cocuq Mərcanlıda
İnam Kərimov Macarıstanın xarici işlər naziri ilə görüşüb
İnam Kərimovdan iki yeni TƏYİNAT
Kərimov vəzifəsindən AZAD EDİLDİ
Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb
Nazirlikdə sədr təyin olundu - ƏMR
İnam Kərimova yeni VƏZİFƏ VERİLDİ
İnam Kərimov Türkiyədə səfərdə olub
Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri ləğv edilir- FƏRMAN
İnam Kərimov şərab istehsalçıları və ixracatçıları assosiasiyasının üzvləri ilə görüşüb
Nazir vətəndaşlarla görüşəcək
İnam Kərimov 3 əsas fəaliyyət prinsipini açıqladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 